Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib.Cənab Prezident forumda öz çıxışı zaman vurğulamışdır ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik. İki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən gözlədiyimizin şahidi olduq – Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. Onların sayı 15 minə yaxın idi. Üç il ərzində biz səbirli davrandıq, ümid edirdik ki, nəhayət bu vəziyyətin həll yolu tapılacaq. Biz dərk edirdik ki, vəziyyət anormaldır və İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə bizim təklifimiz çox aydın idi – Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Başqa seçim yoxdur. Digər seçim isə özlərinin hesab etmədikləri ölkədə yaşayış və işləmək üçün icazənin alınmasıdır.
Eyni zamanda çıxışı zamanı qeyd etmişdir ki, İkinci Qarabağ müharibəsinin bitməsindən sonrakı 3 il ərzində mən ictimai şəkildə bəyan edirdim ki, biz Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Biz düşünürük ki, onlar separatçıların liderləri tərəfindən manipulyasiya edilirlər. Biz onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün şərtlərimizi təklif etdik. Dediyim kimi, bu, tamamilə beynəlxalq hüquqa uyğun idi. Onların edəcəkləri yeganə iş Azərbaycan vətəndaşlığı üçün müraciət etmək idi. Onların hüquqları və təhlükəsizliyi məsələləri də nəzərə alınmışdı. Biz dəfələrlə demişdik ki, onların təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına uyğun və beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərimizə əsasən təmin ediləcək. Hüquqlara gəldikdə, biz ictimai şəkildə bəyan etmişdik ki, onların hüquqları da məhz bu şəkildə təmin ediləcək. Proses uzun çəkdi və dərk etdik ki, bizim və Qarabağda yaşayan ermənilər arasında bir növ sədd var. Bilmirəm, bu sədd Ermənistan hökuməti və ya separatçılar tərəfindən yaradılıb. Daha sonra qərara gəldik ki, danışmağa başlamaq lazımdır və mən parlamentin üzvü olan bir nəfəri Prezidentin xüsusi nümayəndəsi təyin etdim və onun vəzifəsi Qarabağ erməniləri ilə danışmaqdan ibarət idi. Biz hətta ilk görüşün Rusiya sülhməramlılarının o zaman hələ də işğal altında olan Xocalıdakı bazasında keçirilməsinə razılıq verdik. Bu görüş baş tutdu. Həmin ilk görüşdə biz onlara təklif etdik ki, qalsınlar və inteqrasiya etsinlər. Mənim dəfələrlə istifadə etdiyim reinteqrasiya sözü istehza ilə qarşılandı, həm Ermənistan hakimiyyəti, həm də separatçılar tərəfindən. Həmin separatçılar ki, bu gün təcridxanada verdikt gözləyirlər. Biz təklif etdik ki, ikinci görüş Yevlax şəhərində keçirilsin, o, Qarabağa yaxın, maşınla bir saatlıq məsafədə yerləşir və bu görüşlər müntəzəm olsun. Təəssüflər olsun ki, Qarabağ erməniləri, yəni özlərini lider hesab edənlər bundan imtina etdilər. Bir neçə dəfə, ən azı iki dəfə biz ictimai şəkildə bəyan etdik ki, onları dəvət edirik, lakin onlar bundan imtina etdilər. Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyi bir daha heç vaxt əldən verilməyəcəkdir, əbədi olacaqdır.
Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı