PDF Oxu

Siyasət

  • 2 033

Azərbaycan Serbiya əlaqələrində yeni əməkdaşlıq səhifəsi açılır ŞƏRH

Azərbaycan Serbiya əlaqələrində yeni əməkdaşlıq səhifəsi açılır ŞƏRH

Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. İki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır. Rəsmi Belqradın belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulmuşdur. Hazırda da ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Hətta 2018-ci ildə Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamədə imzalanmışdır. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub. Eyni zamanda, bu görüşlərdə diplomatik münasibətlərin qurulmasının digər qitə ölkələri üçün böyük əhəmiyyət kəsb edir. İmzalanan yeni sənədlər nəinki Azərbaycan və Serbiya munasibətlərinə, Avropa qitəsi üçün strateji əhəmiyyətə malikdir. Qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki inkişaf sahəsində başlanılan ciddi əməkdaşlığın böyük gələcəyi var. Təkcə iqtisadi məsələlər deyil, digər sahələrdə də yaxşı nəticələr var. Bir neçə gün əvvəl Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə reallaşan Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcək. Onu da qeyd edək ki, bu layihə uzun illər bundan əvvəl planlaşdırılırdı. Layihənin həyata vəsiqə almasında ölkəmizin önəmli rol oynadığını Serbiyanın mədən və energetika naziri də diqqətə çatdırdı. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycanın rolu olmadan , hətta bir sıra beynəlxalq layihələrin də reallaşdırılmas mümkün deyil. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Bolqarıstan Prezidenti Rumen Radevin çıxışında Azərbaycanla bağlı səsləndirdiyi fikirlər xüsusi diqqət çəkdi. Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya İnterkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir. İnterkonnektor sayəsində Bolqarıstan, nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu. Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır kimi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyini təsdiqləyir. Bütün bunlar Azərbaycanın əməkdaşlığa böyük önəm verməsindən, daim ixrac coğrafiyasının genişlənməsi üçün təşəbbüslərlə çıxış etməsindən irəli gəlir-deyə Bolqarıstan prezidenti qeyd etmişdir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər