Erməni KİV-i: "Paşinyan növbədənkənar seçkilərə getməklə əhalinin əhval-ruhiyyəsini yoxlamaq, müxalifətin əngəl törədə biləcək liderlərindən yaxa qurtarmaqla öz mövqelərini möhkəmləndirəcək”
Ermənistan hakimiyyətinin dəhlizlərində baş nazir Nikol Paşinyanın “Yaranmış gərginliyi aradan qaldırmaq üçün” növbədənkənar seçkilərə getmək istədiyi barədə söz-söhbətlər getməkdədir.
Ölkənin KİV-ləri isə bunu Nikol Paşinyanın bir anda bir neçə məsələni həll etmək qərarı ilə izah edir.
"Əbədi görünən rəqiblərinə” növbəti dərs verməklə..."
“Birincisi, mövcud böyük narazılığa baxmayaraq, o, növbəti dəfə öz hakimiyyətini legitimləşdirəcək. Həmçinin, növbədənkənar seçkilərə getməklə əhalinin əhval-ruhiyyəsini yoxlamaq, müxalifətin əngəl törədə biləcək liderlərindən yaxa qurtarmaqla öz mövqelərini möhkəmləndirəcək”.
Erməni KİV-i “islahatçı baş nazirin” növbədənkənar seçkilərə getməklə ölkədaxilindəki “əbədi görünən rəqiblərinə” növbəti dərs verməklə, güclü erməni diasporuna, habelə ölkə xaricindəki yeni sponsorlarına, o cümlədən dünyanın demokratik qüvvələrinə Ermənistanda güc mərkəzinin yerini göstərmək istəyi ilə izah edir.
Paşinyan: "Bakı iki ölkə liderləri arasında artıq razılaşdırılmış prinsipləri təsdiqləsə, yaxın gələcəkdə Azərbaycanla sülh sazişinin imzalanması çox realdır”
Bu arada, Paşinyanın Bakı ilə sülh müqaviləsini imzalamaq marağında olması da növbədənkənar seçkilərə getmək şansını artırır. O bilir ki, Ermənistanın müxalif qüvvələri çaxnaşma yaratmağa cəhd edəcəklər. Lakin bunun müqabilində o, bildirib: "Bakı iki ölkə liderləri arasında artıq razılaşdırılmış prinsipləri təsdiqləsə, yaxın gələcəkdə Azərbaycanla sülh sazişinin imzalanması çox realdır”.
"Əgər Azərbaycan bu prinsipləri təsdiq edərsə, o zaman yaxın gələcəkdə sülh sazişinin imzalanması çox realdır”, - deyə Paşinyan vurğulayıb.
Beləliklə, Ermənistanın da növbədənkənar seçkilərə getməsi ehtimalı bütövlükdə regionda dəyişikliklərin olacağı siqnalını da verməkdədir.
Afət Tahirqızı