Azərbaycan dövləti və xalqı Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün qarşıya qoyulan məqsədlərinə nail olub. 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin sentyabrın 19-da başlayan və cəmi 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə Azərbaycan xalqı özünün Lideri İlham Əliyevin böyük Sərkərdəlik məharəti ilə 30 il erməni işğalı altında olmuş torpaqlarını azad etməklə daha bir möhtəşəm zəfərə imza atdı. 2023-cü ilin oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərinin meydanında üçrəngli Azərbaycan dövlətinin bayrağını ucaltmaqla ərazi bütövlüyümüzü və suverenliyimizin bərpası yüksək hərbi, siyasi, diplomatik bacarıqla təmin olunduğu nümayiş etdirildi. Təbii ki, bütöv Azərbaycan daxilində yeni hədəflərin və məqsədlərin həyata keçilməsi zəruridir. Bu baxımdan, Prezident İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri yeni hədəflərə doğru atılacaq əhəmiyyətli addımlardan olacaq.
7 fevral seçkiləri zəfər seçkisi olacaq
30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunduğu bir şəraitdə xalq özünün Prezidentini seçəcək. Söz yox ki, 44 günlük Vətən Müharibəsində qazanılan qələbə və Azrbaycan dövlət maraqlarının dünya miqyasında təmin olunması baxımdan görülən və həyata keçirilən fundamental işlər 7 fevral seçkilərinə təsir edəcək əsas amillərdən olacaq. Daha doğrusu, qədirbilən Azərbaycan xalqı özünün Lideri Cənab İlham Əliyevin xidmətlərini böyük ehtiram və sayqı ilə dəyərləndirib, seçki günü buna müvafiq olaraq Ona səs verəcəkləri şübhəsizdir. Nəzərə almaq lazımdır ki, Qarabağ zəfərindən sonra Prezident İlham Əliyevin Azərbaycanda və beynəlxalq aləmdə nüfuzu ən yüksək həddə artıb. Əksər ölkələrin dövlət və hökumət başçıları Prezident İlham Əliyevin nüfuzunun həddindən artıq yüksəlməsinə qibtə ilə yanaşır, bəzən paxıllıq hissi nümayiş etdirirlər.
Dağıdıcı müxalifət hər rayondan 200 imza toplaya bilmirsə, deməli, heç kimə lazım deyil
Bu gün nəinki Azərbaycanda, ümumiyyətlə, dünya miqyasında nüfuz və hörmət baxımından Prezident İlham Əliyevlə rəqabət apara biləcək siyasətçi yoxdur. Xalq bunun qarşılığında bütün seçkilərdə olduğu kimi, 7 fevral 2024-cü il prezident seçkilərində də Yenilməz Sərkərdə, Prezident İlham Əliyevə səs verməklə tərəqqiyə, inkişafa, təhlükəzisizliyə, başlıcası firavan Azərbaycanın gələcəyinə səs vermiş olacaq. Bu məqamda, müxalifətin xüsusilə də, dağıdıcı müxalif ünsürlərin seçkilərlə bağlı hay-küy qaldırmaları mənasız və əhəmiyyətsiz hay-küydən başqa bir şey deyil. Onlar iddia edirlər ki, guya vaxtın azlığı imzatoplamaya və təbliğat -təşviqat kampaniyasının lazımi səviyyədə aparılmasına təsir göstərəcək. Əvvəla 11 milyona yaxın ölkə əhalisi arasından 40 min imzanı toplamaq o qədər də çətin deyil, təbii ki, ciddi sosial dayaqlara malik siyasətçi olsalar. Digər tərəfdən, AXCP, Milli Şura kimi qurum təmsilçiləri hər dəfə bəyan edirlər ki, respublikanın bütün rayon və şəhərlərində təşkilatları mövcuddur. Deməli, ortalama ölkə üzrə 40 min imzanın toplanması üçün hər rayondan 200 imza lazımdır. Əgər 200 imzanı toplaya bilməyəcəklərsə, deməli, AXCP, Milli Şura kimi qurumların funksionerləri siyasətdən gedib, bacara biləcəkləri işlə məşğul olsunlar. Çünki artıq bu fakt onu təsdiq edir ki, siyasət onlarlıq deyil. Hələlik isə, görünən ondan ibarətdir ki, dağıdıcı müxalif ünsürlər, o cümlədən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Fuad Qəhrəmanlı və digərləri böhtanlar və anti-Azərbaycan dairələrinin sifarişlərini həyata keçirməyə cəhd edirlər. Gah sosial şəbəkələrdə yalan və böhtanlar səsləndirir, gah da boşboğazlıqdan ibarət olan iddialar irəli sürürlər. Lakin bunların heç birinin effekti olmayacaq. Çünki xalqın və dövlətin maraqlarının satılması əvəzinə, şəxsi mənafelərin həyata keçirilməsi tarix boyu heç kəsə nəsib olmayıb. Ona görə də, milli maraqların satılması qarşılığında müxalifət uğur qazana bilməyəcək. Əksinə, onların cəmiyyətin gözündən düşmələri daha dərin köklərə malik olacaq. Məhz bu amil də onların növbəti seçkilərdə məğlubiyyətlərini şərtləndirəcək.
Zəfər seçkisi dağıdıcı müxalifəti arxivə göndərəcək
Uzun illər siyasətdə olmalarına baxmayaraq pozucu və məkrli siyasətləri dəyişmədiyindən, dağıdıcı müxalifət bütün seçkilərdən üzüqara çıxıb. Bu da ondan irəli gəlir ki, onlar bu günə qədər xalqa, dövlətə fayda verə biləcək ideyalar irəli sürə bilməyiblər, faydalı layihə ilə çıxış etməyiblər. Onlar ancaq, həyata keçirilən islahatları, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi məqsədilə görülən tədbirləri gözdən salmağa çalışıblar. Bəzən uzağa hesablanan, ağılsız iddialarla çıxış edərək, iqtisadi və kadr islahatlarının onların açıqlamalarından sonra reallaşdırıldığını bildirirlər. Bu dardüşüncəli məxluqlar anlamırlar ki, hələ 2018-ci il prezident seçkiləri ərəfəsi Cənab İlham Əliyev növbəti illərin islahatlar illəri olacağını bəyan etmişdir. Verilən vədlər, irəli sürülən ideyalar reallaşdırıldı. 2019-cu ildən başlayaraq, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırıldı. Əhalinin banklara olan borcları dövlət hesabına silindi, sosial evlər tikilərək əhalinin istifadəsinə verildi, genişmiqyaslı iqtisadi islahatlar aparıldı və bu gün də proses davam etdirilməkdədir. Təbii ki, sosiai, iqtisadi islahatlar dərinləşdikcə insanların sosial rifahı, güzəranı da yaxşılaşır. Dağıdıcı müxalif ünsürlər isə, ölkədə həyata keçirilən inkişafdan ciddi narahatlıq keçirirlər və müxtəlif təxribatları ilə iqtisadi uğurlara kölgə salmağa çalışırlar. Xüsusilə, dağıdıcı müxalifəti yarıtmaz ünsürləri olaraq tanınan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Fuad Qəhrəmanlı və digərləri sifarişlərə və tapşırıqlara uyğun fəaliyyətlərini qurmaqla milli maraqlarımıza zərbə vurmağa çalışırlar. Lakin onların hay-küyləri və planlaşdırdıqları təxribatlar nəticə verməyəcək. Çünki xalq-hakimiyyət birliyi, xüsusilə də, xalqın Prezident İlham Əliyevə olan sevgisi, yüksək inam və etimadı istənilən pozucu qüvvənin planlarını alt-üst etməyə imkan verir. Ona görə də birmənalı şəkildə demək olar ki, 7 fevral dağıdıcı müxalifət üçün son seçki olacaq. Bunu həm də dağıdıcı müxaliflərin siyasətdə qalma müddətinin başa çatması günü kimi də qeyd etmək lazım gələcək. Çünki seçki məğlubiyyətindən sonra dağıdıcı müxalifət arxivə göndəriləcək.
İLHAM ƏLİYEV