PDF Oxu

Siyasət

  • 1 840

“Azərbaycan-Türkiyə münasibətləri tarixi zirvədədir” - CEYHUN BAYRAMOV

“Azərbaycan-Türkiyə münasibətləri tarixi zirvədədir” - CEYHUN BAYRAMOV

"Türkiyəli həmkarım Hakan Fidanla hər bir fürsətdən istifadə edərək tez-tez görüşür və fikir mübadiləsi aparırıq. Onun artıq Azərbaycana iki işgüzar, bugün isə baş tutan rəsmi səfəri əlaqələrin zəngin olmasının təzahürüdür. 2023-cü ildə Azərbaycanda Heydər Əliyevin anadan olmasının, Türkiyədə isə Türkiyə Respublikasının qurulmasının isə 100 illiyi qeyd olunur". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.C.Bayramov bildirib ki, ümumilikdə xalqlarımızın ortaq mədəniyyəti, dili və dini Azərbaycan və Türkiyə arasındakı münasibətlərin bazasını formalaşdırır: "2021-ci ildə bu iki dövlət arasında imzalanan Şuşa bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu gün türk həmkarımla bütün sahələrdə müzakirələr nəticəsində Azərbaycan-Türkiyə münasibətlərinin tarixi zirvədə olduğunu qeyd etsək, yanılmarıq"."Bugün apardığımız görüşlər nəticəsində BMT və onun təsisatları, Türkdilli Dövlətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı ilə bağlı məsələləri də müzakirə etdik. Yaxın aylar ərzində bir neçə üçtərəfli görüşlər də həyata keçiriləcək",- deyə o əlavə edib.
"2023-cü ilin ilk on ayında ticarət dövriyəmiz 7 milyarda yaxınlaşıb. İllər ərzində Türkiyədən Azərbaycan iqtisadiyyatına 20 milyard, Azərbaycanda Türkiyə iqtisadiyyatına isə 15 milyard investisiya qoyulub. Bugünkü gündə 4 minə yaxın Türkiyə investisiyalı şirkət Azərbaycanda fəaliyyət göstərir. Bütün bu yüksək dinamikaya baxmayaraq bu gün başqa sahələrdə də daha böyük göstəricilərə nail olmağın mövcudluğu barədə fikir mübadiləsi apardıq",- deyə Azərbaycan XİN rəhbəri məlumat verib.O qeyd edib ki, Türkiyə sərmayəçilərin işğaldan azad olunmuş ərazilərdə yeni planları xüsusi müzakirə mövzusu olub: "Bu gün Hakan Fidanla aparılan müzakirələr zamanı 19-20 sentyabr tarixlərində Azərbaycanın apardığı antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması da əsas mövzularımızdan oldu. Bölgədə sülh və təhlükəsizliyim təmin edilməsi baxımından Azərbaycan və Türkiyənin mövqeyi eynidir. Düşünürük ki, Ermənistan tərəfi də eyni yanaşma ilə addımlar atacaq. Belə olduğu təqdirdə müsbət nəticələr əldə etmək mümkün görünür".

Ləman Sərraf

Digər xəbərlər