“Azərbaycan hərbiçiləri Hüseyn Axundov və Aqşin Babayevin əsirlikdən azad olunması hamımızı sevindirir”. Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. Çingiz Qənizadə bildirib ki, bir daha əminliklə deyə bilərik ki Cənab Prezident İlham Əliyev əsirlikdə olmuş əsgərlərimizin taleyinə laqeyd olmadığını bir daha sübut etdi: “İki gənc hərbiçimizi 32 erməni ilə dəyişməklə belə onların azad olunmasına nail olundu. Gənc əsgərlərin əsirlikdən azad olunması çox sevindirici bir haldır və bu sevinci bizlərin, Azərbaycan vətəndaşlarının sevincidir. Bu addım onu göstərdi ki, Azərbaycan Prezidenti hər bir azərbaycanlının taleyinə həmişə diqqətlə yanaşmış və onların sosial, iqtisadi təminatına xüsusi önəm verib, təhlükəsizliyinin qarantı olub”.
Müəllif: Gülyana