Bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. SİA xəbər verir ki, iclasda əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
İclası giriş sözü ilə açan YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2023-cü ilin Azərbaycan xalqının və dövlətinin tarixinə çox əlamətdar bir il kimi düşdüyünü bildirib. Onun sözlərinə görə, bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il fevralın 7-nə Azərbaycan Respublikası Prezidenti seçkiləri təyin olunub.
YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanılıb, dövlətimizin və xalqımızın qarşısında ən ümdə vəzifə olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilib: "Ulu Öndərimizin dahiyanə söylədiyi bir fikir var: "Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq". Bu gün məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində Prezident İlham Əliyev müasir, suveren, bütöv və yeni Azərbaycanı qurub. Düşünürəm ki, bu Zəfər yürüşünün davamı qarşıdan gələn seçkilərdən əhəmiyyətli dərəcədə asılıdır".
Daha sonra Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib. Həmçinin Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi məsələsi də müzakirə olunub. Müzakirələrdən sonra 21 nəfərdən ibarət YAP Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.
YAP Mərkəzi Seçki Qərargahının üzvləri aşağıdakı tərkibdə təsdiq edilib:
1. Budaqov Tahir Yaqub oğlu - YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri
2. Əhmədov Əli Cavad oğlu - YAP Sədrinin müavini
3. Rəhimzadə Arif Qafar oğlu - YAP Veteranlar Şurasının sədri, İdarə Heyətinin üzvü
4. Qurbanlı Mübariz Qəhrəman oğlu - YAP İdarə Heyətinin üzvü
5. Muradova Bahar Əvəz qızı - YAP İdarə Heyətinin üzvü
6. Hüseynova Sevinc Əmirəhməd qızı - YAP Təftiş Komissiyasının sədri
7. İslamov Bəxtiyar Qabil oğlu - YAP Gənclər Birliyinin sədri
8. Tağıyev Əhliman Safalan oğlu - YAP Mərkəzi Aparatı rəhbərinin müavini
9. Novruzov Siyavuş Dünyamalı oğlu - Milli Məclisin deputatı, Milli Məclisin Regional məsələlər komitəsinin sədri
10. Qələndərov Nurlan Vəli oğlu - YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
11. Hüseynov Nazim Meyxoş oğlu - YAP Mərkəzi Aparatının Maliyyə-təsərrüfat şöbəsinin müdiri
12. Bədəlova Ramilə Alxan qızı - YAP Mərkəzi Aparatının Sənədlərlə iş və statistika şöbəsinin müdiri
13. İmaməliyev Asif Ağalar oğlu - YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdirinin müavini
14. Gülməmmədov Rəfael Şirməmməd oğlu - YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdirinin müavini
15. Musayeva Zəkiyyə Balağa qızı - YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdirinin müavini
16. Məmmədli Hülya Gündüz qızı - YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdirinin müavini
17. Məhərrəmov Məhəmməd Yusif oğlu - YAP Həmkarlar İttifaqı Komitəsinin sədri
18. Musayev Alqış Həsən oğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru
19. Quliyev Bəhruz Vaqif oğlu - "Səs" qəzetinin baş redaktoru
20. Rəhimzadə Vüqar Gəncəli oğlu - YAP Xətai rayon təşkilatının sədri, "İki sahil" qəzetinin baş redaktoru
21. Vəlibəyov Ramil Vaqif oğlu - YAP Nizami rayon təşkilatının sədri.
İclasa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs edib, bu şərəfli və məsuliyyətli işdə partiya üzvlərinə uğurlar arzulayıb.