PDF Oxu

Siyasət

  • 2 357

Prezidentin müsahibəsi özündə mühüm məsələləri əks etdirir ŞƏRH

Prezidentin müsahibəsi özündə mühüm məsələləri əks etdirir ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabr ayının 23-də “Euronews” televiziyasına müsahibə verib. Müsahibə dekabrın 9-da “Euronews”da yayımlanıb.Dövlətimizin başçısı cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibəsində ölkəmizin keçdiyi inkişaf yoluna nəzər saldı, reallaşdırdığı layihələrdən və onların əhəmiyyətindən, həmçinin qarşıda görüləcək işlərdən bəhs etdi. Prezident İlham Əliyev Azərbaycanın son illər, xüsusilə 2023-cü ildə ciddi iqtisadi inkişafa nail olduğunu, bunun əsas səbəbinin isə dövlət tərəfindən aparılan iqtisadi islahatların olduğunu bildirmişdir. Azərbaycan son illər neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Lakin neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir.

Bundan başqa Prezident cənab İlham Əliyev son 20 ildə yoxsulluq səviyyəsinin 50%-dən 5,5 faizə endiyini vurğulayıb. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.

Ölkə başçısı müsahibəsində ölkəmizin xarici borcunun azaldılması istiqamətində fəal işlərin getdiyini və bu rəqəmin ÜDM-in 10%-dən aşağı olduğunu bildirdi. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.

Prezident cənab İlham Əliyev əsas dövlət xərclərinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə yönəldiləcəyini bildirdi. Dövlət proqramına əsasən 2026-cı ilin sonunadək 140 min insanın işğaldan azad edilmiş bölgələrə yerləşdirilməsi nəzərdə tutulur. Dövlətimiz qısa müddətdə bu istiqamətdə böüyük işlər görüb. Sakinlərin öz yurdlarına tez bir zamanda dönməsi üçün infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılır.

Bundan başqa müsahibədə son 2 il Avropada enerji təhlükəsizliyində baş verən böhranlı vəziyyətdə Azərbaycanın bəzi Avropa ölkələrini enerji ilə təmin etməsi məsələsinə də toxunulmuşdur. Azərbaycanın bir neçə il öncə Cənub Qaz Dəhlizini başa çatdırması ölkəmizin üzünə yeni qapıları açmışdır ki, bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Ruminiyaya qaz ixrac edir. Ölkə başçısı yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşunun davam edəcəyini bildirdi. Bunun əsas səbəbi Avropada Azərbaycan qazına böyük ehtiyacın olduğu və bu ehtiyacın günü-gündən artmasıdır.

Prezident cənab İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə müstəqil xarici siyasət yürütməyə davam edəcəyini bildirdi. Ölkəmizin dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdiyini bildirən ölkə başçısı, Azərbaycanın Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verdiyini söylədi. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı.Ölkə başçısı Ermənistanla imzalanacaq sülh sazişinin beş təməl prinsipinin hazırlandığını bildirib. Bunlar: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır.Qarabağ erməniləri məsələsinə toxunan Prezident cənab İlham Əliyev onların ölkəmizdə qalması üçün elektron qeydiyyat portalının yarandığını, qayıtmaq istəyən hər kəsin belə bir hüququ olduğunu söylədi.

Nurcahan İmaməliyeva

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər