PDF Oxu

Siyasət

  • 2 150

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşıdır ŞƏRH

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşıdır ŞƏRH

Bu gün Azərbaycan dövləti həm iqtisadi qüdrəti, həm də geosiyasi nüfuzu ilə Avropanın diqqət mərkəzindədir. Xüsusilə, bu qitənin etibarlıenerji tərəfdaşı olmaqla, öz mövqelərini və etibarını hər gün daha da möhkəmlədir. Eyni zamanda, Azərbaycanın uğurlu xarici siyasəti dünya ölkələri ilə qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafını təmin edib. Artıq ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu reallıq Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Serbiyaya işgüzar səfəri zamanı bir daha təsdiqlənmiş oldu.Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir. Ancaq indiki mürəkkəb qlobal şəraitdə bu, əhəmiyyət daha da yüksəlib. Dövlət başçımızın səfəri zamanı Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilməsi də ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsinin nümunəsidir. Xüsusilə, bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Cənab Prezidentin açılış mərasimində dediyi kimi, Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda Azərbaycanın təbii qazı səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Bəli, ölkəmiz uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Xüsusilə qaz ixracı daha ciddi önəm kəsb edir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaq. Qeyd edək ki, ötən ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanıb və ölkəmiz bu sənədin icrası ilə bağlı öhdəliklərə sadiqdir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Təsadüfi deyil ki, mərasimdə iştirak edən Serbiya və Bolqarıstan prezidentləri də Azərbaycanın bu prosesdə rolunu yüksək qiymətləndiriblər. Bu bir həqiqətdir ki, ölkəmizin uğurlu enerji siyasəti Prezident İlham Əliyevin qətiyyətinin nümunəsidir. Ölkə başçımızın bu istiqamətdə atdığı qətiyyətli addımlar dünya ölkələri tərəfindən də yüksək dəyərləndirilir. Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin açılışı mərasimində ölkəmiz və onun Prezidenti haqqında xoş sözlər dövlətimizin başçısının beynəlxalq miqyasda böyük nüfuza sahib olduğunun göstəricisidir”,

Bir sözlə, çağdaş dünyada Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunması ölkəmizə yeni iqtisadi və siyasi dividentlər gətirir. Eyni zamanda, strateji tərəfdaşlıq üzərində qurulmuş bu əlaqələr bir çox dövlətlərin maraqlarını təmin edir və qaz sahəsində, həmçinin genişmiqyaslı regional əməkdaşlığa da güclü təkan verir.

Nazimə Şamıyeva,

YAP Füzuli rayon təşkilatının sədri

Digər xəbərlər