Bu gün xalqımız növbəti tarixi hadisənin astanasındadır. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il 7 fevral tarixində müstəqillik əldə etdiyimizdən bəri ilk dəfə olaraq bütün Azərbaycan əçrazisində növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu, 1993-cü ildən ötən 30 ildə Azərbaycanda demokratik şəkildə baş tutacaq 7-ci prezident seçkisi olacaq.Bəli, bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi və Zəfər yolunda inamla irəliləyərək parlaq nailiyyətlər qazanır, yeni zirvələr fəth edir. Hədəf daha güclü Azərbaycandır! Bu hədəfə isə məhz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə çatmaq mümkündür. Qeyd edim ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən geniş səviyyədə keçirilən iclasında nəinki Azərbaycan, eləcə də dünya ictimaiyyəti arasında kifayət qədər reytinq qazanan Cənab İlham Əliyevin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyi irəli sürüdü və YAP yekdilliklə bu qərarı təsdiqlədi. Eyni zamanda, Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndələri də müəyyənləşdirildi. Bir sözlə, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürməsi barədə qərar, sadəcə, YAP üzvlərinin deyil, eyni zamanda, bütün Azərbaycan xalqının istək, arzu və rəyini ifadə etdi.
Göründüyü kimi, xalqımız həmişə düzgün seçim edib və növbəti dəfə də seçimində uanılmadıqlarına əmindir. Çünki son 20 il Prezidentlik fəaliyyəti və bu son 20 ildə xalqına verdiyi sözün nəticəsi cənab İlham Əliyevin Prezidentliyə namizədliyini şərtləndirən amillər göz qabağındadır. Belə ki, son 20 ilin uğurlarının zirvəsində dayanan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi.«Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam». Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsindən bildirib.
Bəli, bu gün dövlət başçımızın qürurla dediyi sözləri qətiyyətlə gerçəkləşdirir. Artıq bu gün 33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.
Prezident İlham Əliyev qələbə zəfərindən sonra bütün çıxışlarında bildirir ki, bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və buna da nail olacağıq. «Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq!»,-deyən Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır: "Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən, özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar yaradır».
Göründüyü kimi, bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq. Qalib Lider, Prezident İlham Əliyev çıxışlarında, müraciətlərində də daima bildirir ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciətində demişdi ki, ona etimad göstərilərsə, Heydər Əliyev siyasətinə sadiq qalacaq. Və Azərbaycan xalqı İlham Əliyevə səs verərək Ulu Öndərə olan məhəbbətlərini və inamlarını göstərdi. Bir sözlə, artıq Prezident İlham Əliev cənablarının ilk prezident seçilməsindən ötən 20 il ərzində Azərbaycan sürətli inkişaf və tərəqqi yolunda uğurlu inkişaf yolunda davam etməkdədir. Hədəf isə daha güclü Azərbaycandır! Bu hədəfə isə məhz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə çatmaq mümkündür. Bir sözlə, bu gün xalqımız şanlı zəfərin memarına alternativ görmür. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib və Yeni Azərbaycan Partiyası İdarə Heyətinin cənab İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Çünki Azərbaycan xalqı görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və öz seçimini məhz buna əsaslanaraq edir. Odur ki, xalqımız 2003, 2008, 2013, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində olduğu kimi 2024-sü il fevralın 7-də də Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqi və quruculuğa səs verəcək. Çünki cənab İlham Əliyev Azərbaycan xalqının böyük etimad göstərdiyi və rəğbət bəslədiyi alternativsiz liderdir və xalqımız əmindir ki, bu zəfərlərin davamı gələcək, Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə də hərtərəfli inkişaf edəcək və inamla öz hədəflərinə çatacaq, yeni-yeni uğur zirvələrini fəth edəcək.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri