2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 17.12.2023-cü il tarixli qərarı ilə tərkibi təsdiq edilmiş Kürdəmir rayonu üzrə Yeni Azərbaycan Partiyasının seçki qərargahının iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələri əsasında həyata keçiriləcək işlər müzakirə edilib, qərargah üzvləri arasında iş bölgüsü aparılıb və müvafiq tapşırıqlar onların diqqətinə çatdırılıb.