PDF Oxu

Siyasət

  • 2 165

Azərbaycan və Türkiyə təkcə iki dövlət, bir millət deyil - qardaş dövlət, qardaş ordudur! TƏHLİL

Azərbaycan və Türkiyə təkcə iki dövlət, bir millət deyil - qardaş dövlət, qardaş ordudur! TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz indi bunu əyani şəkildə görürük”

RƏCƏB TAYYİB ƏRDOĞAN: “Can Azərbaycanla birlikdə göstərdiyimiz həmrəylik sayəsində 30 ildən sonra həm Qarabağ işğaldan azad edildi, həm də Cənubi Qafqaza daimi sülh və sabiltik üçün fürsət yarandı”

Bu dünyada analoqu olmayan və sərhəd tanımayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət" tezisinə əsaslanan reallığın təcəssümüdür. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Bu gün hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır, hər iki dövlət eyni yolu yaşayır.

Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Bu gün hər iki xalqın nümayəndələri müdrik siyasi xadim Heydər Əliyevin bu sözlərinə sadiqlik nümayiş etdirdilər. Bütün dünyaya bir daha məlum oldu ki, bu tarixi ifadə sadəcə olaraq sözdən ibarət deyildir. Bu tarixi kəlam iki dost və qardaş ölkənin yolunu daha da işıqlandırıb, bütün sahələr üzrə, o cümlədən ordu sahəsində inkişafı yeni mərhələyə çatdırıb.Azərbaycan Prezidenti İlham Əliyev cənabları ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ay öncə mətbuata bəyanatlarında hərbi və müdafiə sənayesi sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin uğurla davam etdiyini, Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsinin təsadüfi olmadığını vurğulayaraq bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi: "Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz indi bunu əyani şəkildə görürük".Dövlət başçısı onu da vurğulayıb ki, bu model hələ uzun illər ərzində Azərbaycan Ordusunun Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək.

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ TÜRKİYƏNİN ORDU MODELİ ÖZÜNÜN UĞURUNU BİR DAHA SÜBUT ETDİ

44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Bu gün Azərbaycanın çox güclü ordusu var və hər bir vətəndaş ordumuzla qürur duyur. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi də ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır. Və bu gün Azərbaycan və Türkiyə dövlətlərinin ordu rəhbərliyi arasında keçirilən yüksək səviyyəli görüşlər, iki ordunun hərbi qulluqçularının iştirakı ilə təşkil olunan təlimlər nəticəsində Azərbaycan Ordusunun güclənməsi və müasir tələblər çərçivəsində qurulmasına yönəlik mühüm işlərə imza atılır. Bir sözlə, önəmli olan odur ki, tarixi köklərə söykənən və fundamenti qarşılıqlı etimad prinsipi üzərində qurulan əməkdaşlıq və tərəfdaşlıq bu gün ən yüksək dövrünü yaşayır.

Yüksək beynəlxalq tribunalardan öz sözünü deyən, milli mənafeyini qoruyan, böyük iqtisadi potensiala malik ölkəmiz İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyaraq əldə etdiyi Qələbə ilə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Qürurverici haldır ki, bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimiz milli maraqlara uyğun beynəlxalq əhəmiyyətli böyükhəcmli layihələrin reallaşmasına birgə səy göstərir. Hərbi sahədə də müttəfiq olan iki qardaş ölkə 2010-cu ildə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqaviləyə əsasən müstəqilliyin qorunması, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı istiqamətində bir-biri ilə sıx əməkdaşlıq edirlər. Müqavilənin ikinci maddəsində ölkələrdən hər hansı biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldığı halda, öz imkanları daxilində bütün zəruri tədbirlərin görülməsi məqsədilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri nəzərdə tutulur. Müqavilədə həmçinin, hər iki dövlətin səylərini birləşdirməsi, müdafiə və hərbi-texniki sahədə siyasətlərinin həyata keçirilməsində və silahlı qüvvələri arasındakı əlaqələrin daha da gücləndirilməsində sıx əməkdaşlıq perspektivləri öz əksini tapıb. Bu baxımdan, Cənubi Qafqaz regionunda söz sahibi olan Azərbaycan qardaş Türkiyə ilə birgə beynəlxalq sülhə, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir, sülhü təhdid edən çağırışlara qarşı səylərini birləşdirirlər. Bütün bunların fonunda bir-birinə qarşılıqlı yardım göstərmək, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Müntəzəm olaraq keçirilən birgə təlimlər isə hər iki ölkənin silahlı qüvvələri arasında təcrübə mübadiləsi, hərbi biliklərin mənimsənilməsi yönündə mühüm əhəmiyyət kəsb edir. Və bu təlimlərin böyük əksəriyyəti hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulan Türkiyə dövləti ilə birgə yerinə yetirilir.

HƏRBİ TƏLİMLƏR TÜRKİYƏ-AZƏRBAYCAN BİRLİYİNİN, QARDAŞLIĞININ NÖVBƏTİ TƏZAHÜRÜDÜR

İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Bir sözlə, iki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, daha bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi bir daha təsdiqləyir. "İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi" deyə Prezident İlham Əliyev çıxışında bildirib.

"ŞUŞA BƏYANNAMƏSİNİN İMZALANMASI İLƏ TÜRKİYƏ VƏ AZƏRBAYCAN RƏSMƏN MÜTTƏFİQ OLDULAR"

Müasir Azərbaycanın tarixində müstəsna yer tutan hadisələrdən biri də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasıdır. Bu hadisə iki qardaş dövlətin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi şanlı tariximizin ən qürurverici səhifələrindən biridir.«Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular», - deyən Azərbaycan Prezidenti tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi olduğunu qeyd edib: "Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir".

Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Hərbi və müdafiə sənayesi sahəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri uğurla davam edir. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsi isə təsadüfi deyildi. 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Və bu gün müdafiə sənayesində önəmli rolu olan şəxslərdən biri də Səlcuq Bayraktardır ki, məhz onun təşəbbüsü ilə bu gün türk hərbi sənayesi dünyanın aparıcı hərbi qüvvəsi hesab olunur.

Bir sözlə, hərbi və müdafiə sənayesi sahəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri uğurla davam edir. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsi təsadüfi deyildi. 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Bu model hələ uzun illər ərzində Azərbaycan Ordusunun professional inkişafında böyük rol oynayacaq. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Bütün dünya bilsin ki, Azərbaycan-Türkiyə əməkdaşlığı və qardaşlığı möhkəmdir, sarsılmazdır. Çünki Azərbaycan və Türkiyə təkcə iki dövlət, bir millət deyil - qardaş dövlət, qardaş ordudur!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər