PDF Oxu

Siyasət

  • 3 337

Ermənistan Cənubi Qafqazda revanşizmə ehtiyacı olmadığını başa düşməlidir - MÜSAHİBƏ

Ermənistan Cənubi Qafqazda revanşizmə ehtiyacı olmadığını başa düşməlidir - MÜSAHİBƏ

İqor Korotçenko: Rusiya Ermənistana qarşı “yumşaq” gücdən istifadə etməyə keçib

Xəbər veridiyimiz kimi, dekabrın 15-də Moskvada ilk “Rusiya-Ermənistan” ictimai forumu keçirilib. Forumun təşkilatçıları: Rusiya Federasiyasının İctimai Palatası, “Birlikdə” İctimai Təşkilatı, “Beynəlxalq Əməkdaşlıq Liderləri”- ANO. Forumda iştirakçılara oxunan müraciətdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov tezisini bəyan edib ki, “Moskva ilə İrəvan arasında müttəfiqlik əlaqələri Qərbin ölkələrimiz və xalqlarımız arasında münasibətlərə nisbi zərbə vurmaq cəhdləri fonunda möhkəmlik baxımından sınaqdan keçirilir. Birləşdirici gündəliyin axtarışına şərait yaratmaq, həmçinin Rusiya və Ermənistanda ictimai rəyin yeni liderlərinin meydana çıxmasını stimullaşdırmaq məqsədi daşıyan bu təşəbbüs daha qiymətlidir”.

Həmin gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiya-Ermənistan hökumətlərarası komissiyasının iclasında iştirak etmək üçün İrəvana səfər edib. Ermənistan paytaxtında Overçuk baş nazir Nikol Paşinyanla görüşüb. Səfəri səmərəli adlandırmaq olar. Tərəflər Ermənistan AES-in enerji blokunun ömrünün yenidən uzadılması üçün tədbirlər kompleksinin həyata keçirilməsi üçün Çərçivə Müqaviləsi imzalayıblar. İrəvanda Rusiya İxrac Mərkəzi açılıb. Hər iki ölkənin mətbuatında bəzən qarşılıqlı sərt tənqidlərin səsləndirilməsi ilə bağlı yaranmış qarşılıqlı narazılıq vəziyyətinin həlli istiqamətində də addımlar atılıb: Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi və Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi arasında saziş, həmçinin ortaya çıxan problemlərin operativ həllini nəzərdə tutan birgə bəyanat imzalanıb.

İki ölkə arasında münasibətlərin böhran yaşadığı bir vaxtda Rusiya-Ermənistan forumunun yaradılmasının və Rusiya Federasiyası baş nazirinin müavininin səfəri çərçivəsində İrəvan razılaşmalarının arxasında nə dayanır - “Moskva-Bakı” bununla izah olunur. Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko.

-İqor Yuryeviç, birdən-birə belə bir forumun yaradılması və Rusiya baş nazirinin müavininin İrəvana səfəri heç də təsadüfə oxşamır... Belə platformaya ehtiyac var idimi?

- Bu “Rusiya-Ermənistan” forumu siyasət, elm, təhsil, media və mədəni-humanitar əməkdaşlıq sahələrində fəaliyyət göstərən iki ölkənin ictimai rəy liderləri və gəncləri üçün birləşdirici platforma kimi mövqe tutur. Bu forumun diqqət mərkəzində olduğu mövzular Rusiya və Ermənistan arasında ikitərəfli münasibətlərin inkişafında xalq diplomatiyasının rolu və yeri, Rusiya və Ermənistan arasında siyasi qarşılıqlı təsir obrazlarının yaradılmasında medianın tərkib hissəsi kimi, tarixi yaddaşın qorunub saxlanması kimi məsələlər olub. Rusiya ilə Ermənistan arasında uzunmüddətli əməkdaşlığın inkişafı üçün əsasdır.

Niyə belə bir forum keçirildi? Bu onunla izah olunur ki, Rusiya-Ermənistan münasibətlərinin hazırkı vəziyyətini böhran kimi qələmə vermək olar. Bu, İrəvanla Moskvanın, İrəvanla KTMT-nin qarşılıqlı fəaliyyətinə aiddir.

Bu forum Paşinyan hakimiyyətinin getdikcə daha çox Qərbə üz tutmasına reaksiyadır. Və təəssüflər olsun ki, Ermənistan cəmiyyətinin mühüm hissəsi siyasi sahədə bu cür dəyişiklikləri dəstəkləyir.

Deyə bilərik ki, Rusiya çoxdan Ermənistanla münasibətlərdə vəziyyətin yaxşılaşmasını gözləyirdi və bunun üçün çox şey etdi, amma sonda indi bu cür “yumşaq” gücdən istifadə olunur.

Forum əvvəlki təsir alətlərinin, Rusiyanın Ermənistana öz mövqeyini bildirməsinin indiki baş nazirin hakimiyyətə gəlişi ilə özünü səmərəsiz göstərdiyi zaman vəziyyəti dəyişmək cəhdidir. Bundan əlavə, Cənubi Qafqazda yeni reallıq və Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması Ermənistan cəmiyyətinin mühüm hissəsinin Rusiyaya qarşı haqsız və vicdansız ittihamlarına səbəb oldu. Eyni zamanda, amerikalılar (postsovet məkanında ABŞ-ın ən böyük səfirliyi- İrəvandakı) və digər Qərb dövlətləri bu nəticə üçün fəal çalışdılar. Forumdakı çıxışların birində rəqəmlər səsləndirilib- Ermənistanda Qərbdən qidalanan 2500 qeyri-hökumət təşkilatı yerləşir. Bu güclü təsir vasitəsidir. Və Rusiya bunun qarşısını almaq üçün nəsə etməlidir. Ermənistanda Qərbin ictimai rəyə təsirinə müqavimət göstərmək vəzifəsi var. Birləşmiş Ştatlar və Aİ isə digər məsələlərlə yanaşı, informasiya siyasəti vasitəsilə anti-Rusiya əhval-ruhiyyəsini fəal şəkildə gücləndirir.

Eyni zamanda, Ermənistanda birbaşa Paşinyanın komandası ilə işləyən bir qrup politoloq və analitiklə rusiyalı ekspertin qarşılıqlı əlaqəsi vəzifəsi var. Ermənistanın siyasi, hərbi və biznes elitasını öyrənmək, onların daxilində baş verən prosesləri izləmək lazımdır.

Biz erməni cəmiyyəti ilə işləməliyik, öz hərəkətlərimizi, siyasətimizi izah etməliyik. Rusiya Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib, lakin əgər erməni cəmiyyətində kimsə əsassız həddindən artıq gözləntilərə malik olubsa, o zaman bizim əməllərimizi Ermənistan cəmiyyətinə politologiya və siyasi elita vasitəsilə izah etmək lazımdır.

Rusiya Ermənistanla münasibətlərdə vəziyyəti yenidən formatlamağa, ictimai rəy liderləri arasından yeni simalar tapmağa, iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə diqqət çəkən cəmiyyətin təbəqələrinin, politoloqların, ictimai xadimlərin olduğunu nümayiş etdirməyə çalışır.

Ancaq hədəflər qoymaq kifayət deyil, onlar da həyata keçirilməlidir. Ermənistanın ictimai-siyasi sahəsində işləmək və təsir etmək.

Ancaq aydındır ki, istənilən halda Paşinyan Qərbə bu dönüşünü davam etdirəcək.

- Bəs Rusiya baş nazirinin müavininin İrəvana səfəri?

-Hesab edirəm ki, Rusiya hazırda Ermənistanla münasibətlərdəki böhran vəziyyətində əsas təsir alətlərindən birinə (iqtisadi) İrəvanın Qərbə doğru hərəkətini ləngitmək üçün vasitə kimi baxır. Üstəlik, həm müsbət konstruktiv iqtisadi qarşılıqlı fəaliyyət baxımından, həm də onu İrəvana gətirməklə, Rusiya və Aİİ-dən heç bir iqtisadi üstünlük olmadığı halda Ermənistanı təhdid edir. Bildiyiniz kimi, Ermənistan iqtisadiyyatı Rusiya Federasiyasından və Aİİ-dən çox asılıdır. Ona görə də praqmatizm siyasətdən üstün olmalıdır. İqtisadiyyat hər bir dövlətin davamlılığının əsasını təşkil edir. Görünür, Rusiya baş nazirinin müavini Overçukun Moskvada Rusiya-Ermənistan forumunun keçirildiyi gün İrəvana səfəri də məhz bu aspektdə səmərəli olub. Ermənistanla “soyuq sülh” həmişə siyasi qarşıdurmanın qaynar mərhələsindən yaxşıdır.

Biz Paşinyan əvəzinə Zelenskinin erməni versiyasını görmək istəmirik. Baxmayaraq ki, bu seçimi də istisna etmək olmaz. Qərbin məqsədi isə artıq bəllidir- Ermənistanı Ukraynanın analoqu etmək. Düzünü desək, amerikalılar öz siyasətlərində, xüsusən də postsovet məkanında çox uğurludurlar. Onlar Serj Sarkisyanın dövründə MDB-də və Dövlət Departamentində bununla bağlı ən böyük Amerika səfirliyini açanda belə bir sual verildi ki, niyə? Onlar cavab verdilər: “Bu, bizim gələcəyə qoyduğumuz strateji sərmayədir”. İndi biz bu investisiyaların nəticələrini görürük.

Necə deyərlər, “sevgi yoxdursa” ən azı praqmatizm Paşinyan hakimiyyətini Ermənistan iqtisadiyyatına zərbə vura biləcək siyasi və hərbi xarakterli zərərli addımlar atmaqdan saxlamalıdır. İrəvan Ermənistanın Rusiya əleyhinə tramplin olduğu üzə çıxsa, nələri itirə biləcəyini görməlidir. Moldova və Ukraynanın taleyini təkrarlayacaq. Çoxları sual verəcək: niyə biz İrəvanın anti-Rusiya hücumlarına indiyədək təmkinlə yanaşırıq? Çünki Ermənistanda hakimiyyətə gəlmək üçün bizə daha çox anti-Rusiya lideri lazım deyil. Ona görə də səbirlə işləyirik. Biz bunu etməyəcəyik- başqaları bu işi görəcək. Qərbin gözü çoxdan Ermənistandadır.

Rusiya-Ermənistan forum platformasının səmərəliliyinə gəlincə, daha bir son dərəcə vacib və aktual məqam var. Biz Rusiya-Ermənistan münasibətlərində xalq diplomatiyasının müxtəlif formatlarını, özlərini erməni istiqamətinin əsas mütəxəssisi elan edən ayrı-ayrı deputatlar tərəfindən yaradılan müxtəlif növ klubları xatırlayırıq. Amma əslində, sonda tam çöküş yaşadılar.

Əsas odur ki, bu format iki ölkə arasında münasibətlərin konstruktiv və müttəfiq olmasını təmin etməkdə həm Rusiyada, həm də Ermənistanda maraqlı olan əhəmiyyətli təbəqənin olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Digər tərəfdən, başa düşmək lazımdır ki, belə bir format yaradanda ağıllı insanları cəlb etmək lazımdır. Bəli, Rusiya və Ermənistanın bir-birinə ehtiyacı olduğunu başa düşməyə yönələcəklər: Qərb bizi bir-birindən ayırmağa çalışır. Əsasən də, səmimi olanlar və milli maraqların dərk edilməsinə əsaslananlar. Cənubi Qafqazda hərtərəfli sülh üçün. Qarabağ münaqişəsinin həllindən sonra yaranmış yeni reallıqların dərk edilməsinə, Ermənistanın Cənubi Qafqazda revanşizmə ehtiyacı olmadığını başa düşmək üçün. Sağlam olmayan lobbiçilik problemi var. Ona görə də belə bir Rusiya-Ermənistan formatı işə başlayarsa, bu işə sağlam düşüncəli insanlar cəlb olunmalıdır. Zaqafqaziyada konstruktiv, sağlam, qarşılıqlı faydalı dialoqa diqqət yetirənlər. Əks halda biz lazımi nəticəni əldə edə bilməyəcəyik.

Axı, hazırda regional 3+3 formatının inkişafı üzərində iş gedir. Onun çərçivəsində regionda iqtisadi inkişaf üçün əlverişli şərait yaratmaq mümkündür. Bunun əsasını nəqliyyat kommunikasiyalarının blokdan çıxarması təşkil edir. Bunları erməni tərəfinə izah etmək lazımdır. Hesab edirəm ki, çoxtərəfli ekspert platforması yaratmaq olardı: Rusiya, Ermənistan, Azərbaycan, İran, Türkiyə, Gürcüstan. Müxtəlif çağırışlara birgə cavab vermək və regionda konstruktiv qarşılıqlı fəaliyyətə can atmaq vacibdir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər