PDF Oxu

Siyasət

  • 2 404

Azərbaycanın beynəlxalq rolu artır ŞƏRH

Azərbaycanın beynəlxalq rolu artır ŞƏRH

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilənsessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub. Prezident cənab İlham Əliyev dekabrın 15-də keçirilən müşavirədəki çıxışında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının–COP29-un gələn il respublikamızda reallaşması qərarını ölkəmizin növbəti böyük uğura imza atması, eyni zamanda, dünya ölkələrinin Azərbaycana birdaha böyük etimad və hörmət göstərməsi kimi dəyərləndirib. Dövlətimizin başçısı daha sonra deyib “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq”. Ölkəmizin COP-a ev sahibliyi etməsinə etimad göstərilməsini şərtləndirən amillərdən biridə res­publikamızın qlobal xarakterli mö­təbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirməsi, Azərbaycanda müasir infrastrukturun mövcudluğu və təhlükəsizliyin ən yüksək səviy­yədə təşkiliilə bağlıdır. Bütün bun­larla bərabər, ölkəmizin ətraf mühitə verdiyi önəm də beynəlxalq aləmin diqqətini çəkir.

Dövlət başçısı beynəlxalq birlik anlayışının Qərbdə təhrif edildiyini önə çəkərək qeyd etdi ki, beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir. Ölkəmizin sədrliyi 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin sədrlik müddətinin bir il uzadılması quruma üzv dövlətlərin yekdil qərarı əsasında olmuşdur. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və mövqeyinin göstəricisi idi. Eyni zamanda, bu məqamı da nəzərə alaq ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı və tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda həm regionda dayanıqlı sülhun və təhlükəsizliyin yaradılması istiqamətində səyləri göstərildiki, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin geniş vüsət aldığı dövrə təsadüf edir. Azərbaycanın qlobal problemini həlli ilə bağlı səylərin birləşdirilməsinin zəruriliyini təsdiqləyən təşəbbüsləri beynəlxalq dəstək qazandı. Belə ki, Türk Şurasının ardınca Qoşulmama Hərəkatının koronavirus infeksiyası ilə bağlı Zirvə görüşü keçirildi. Azərbaycanın hər bir təşəbbüsü, qərarı beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu, ölkəmizin artan rolunun, eyni zamanda, dövlət başçısı cənab İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir.

Nicat İsmayılov

YAP Yasamal rayon "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər