PDF Oxu

Siyasət

  • 2 502

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın nüfuzunu artırır ŞƏRH

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın nüfuzunu artırır ŞƏRH

Azərbaycanın dünyada nüfuzunun getdikcə yüksəlməsi, hörmətinin artması danılmaz bir həqiqətdir. Bu vəziyyət ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin həm miqyasının, həm də əhəmiyyətlilik dərəcəsinin artmasında da özünü göstərir. O cümlədən bu il Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinin də ən yüksək səviyyədə təşkili dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamamışdır. Bir neçə gün bundan öncə isə, Azərbaycan növbəti və daha böyük bir uğura imza ataraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının gələn il keçiriləcək 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu qazanmışdır. Bununla əlaqədar Ölkə Prezidenti cənab İlham Əliyev dekabrın 15-də keçirdiyi müşavirədə çıxış edərkən bildirmişdir ki, bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl yekdilliklə qəbul etmişlər və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad göstərilmişdir. Bu qərar ölkəmizə beynəlxalq aləmdə olan hörmətin günbəgün artdığını təsdiq edir və biz birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycan bu hörməti və nüfuzu ilk növbədə cənab Prezident İlham Əliyevin gördüyü mühüm işlərin və həyata keçirdiyi son dərəcə uğurlu müstəqil xarici siyasət kursunun sayəsində qazana bilmişdir. Dövlət başçımızın hər zaman nümayiş etdirdiyi prinsipiallıq, qəbul olunan bütün qərarların, atılan addımların beynəlxalq hüquqa tam uyğunluğu və əlbəttə ki, ölkənin bütün ərazisində dövlət suverenliyinin bərpa edilməsi Azərbaycana olan bu hörməti daha da artırmışdır.

Məlum olduğu kimi, İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası 180-dən çox ölkəsi tərəfindən iqlim dəyişmələri problemi ilə əlaqədar ölkələrin ümumi fəaliyyət prinsiplərinə dair imzalanmış bir müqavilədir. Cənab Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, COP29 ölkəmizdə bu vaxta qədər keçirilmiş beynəlxalq tədbirlərlə müqayisəyə gəlmir. Gözlənilir ki, tədbirin davam edəcəyi iki həftə ərzində, təqribən 70-80 min xarici qonaq ölkəmizdə olacaq. Həmin müddətə Bakı dünyanın mərkəzinə çevriləcək. Əlbəttə ki, Azərbaycan bu beynəlxalq konfransı da ən yüksək səviyyədə keçirəcək və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.

Cənab Prezident ilham Əliyev öz çıxışında qeyd etdi ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Nəzərə alsaq ki, ölkəmiz cəmi iki ay yarım bundan əvvəl öz ərazilərində separatçılığa son qoymaq və suverenliyini bərpa etmək məqsədilə antiterror əməliyyatı keçirmişdir, bu zaman dünya birliyi tərəfindən Azərbaycanın haqlı mövqeyinin tam qəbul edildiyini deyə bilərik. Həqiqətən də bu qərar bütün dünya ictimaiyyətinin Azərbaycana dəstəyinin bariz ifadəsidir. Halbuki, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Maraqlıdır ki, hətta Ermənistanın belə artıq bu vəziyyətlə barışdığı halda, Fransa kimi bəzi Qərb ölkələri hələ də bununla barışmaq fikrində deyil. Lakin nəticə etibarı ilə həmin ölkələr də mövcud reallıqları qəbul etməyə məcbur olacaqlar. Bu ölkələrin xarici siyasətlərində yol verdikləri ən böyük səhvlərdən biri budur ki, onlar beynəlxalq birlik anlayışını təhrif edirlər. Beynəlxalq birlik dedikdə dünyanın 30-40 ölkəsi deyil, bütün ölkələri nəzərdə tutulur. Azərbaycan dörd il ərzində 120 ölkənin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edib. Dövlət başçımızın dediyi kimi, bu, çox böyük göstəricidir. Bu gün isə, Azərbaycana artıq bütün dünya ölkələri bu dəstəyi göstərmişdir. Azərbaycan bundan sonra da özünün beynəlxalq nüfuzunu qaldıracaq və dünya birliyində layiq olduğu ən yüksək mövqelərə sahib olacaq.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər