PDF Oxu

Siyasət

  • 1 596

"Ermənistan nə sülh, nə də müharibə istəyir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan nə sülh, nə də müharibə istəyir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan nə sülh, nə də müharibə istəyir. O, danışıqlar prosesinin, xüsusən, Qərb himayədarlarının vasitəçiliyi ilə uzanmasında maraqlı görünür". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib. Onun sözlərinə görə, bunun da səbəbi Paşinyanın öz hakimiyyətinin müddətini uzatmasına hesablanıb: "Paşinyan böyük ehtimal hesab edir ki, əgər sülh razılaşması olacaqsa, Ermənistan uduzmuş tərəf kimi Azərbaycanın şərtlərini qəbul etməli olacaq. Bunun qarşılığında isə o, erməni cəmiyyəti və diasporu tərəfindən ciddi təzyiqlə üzləşə bilər".V.Əhmədov sözlərinə davam edərək bildirib ki, qarşı tərəf, eyni zamanda, müharibədən də ehtiyat edir: "Çünki Ermənistan bilir ki, bu, onun yenidən uduzması ilə nəticələnə bilər. Ermənistan üçün indi ən ideal variant Qərbin dəstəyinə sığınıb prosesi uzatmaqdır, necə ki, 30 il ərzində onlar bunu etdilər".

Digər xəbərlər