PDF Oxu

Siyasət

  • 1 530

Respublika Xatirə Kitabının hazırladığı filmlərin təqdimatı keçirilir

image

Bu gün Respublika Xatirə Kitabının "Vətən daşı və ya 44 günün dastanı" layihəsi əsasında çəkilmiş filmlərin təqdimat mərasimi keçirilir. SİA xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan təqdimatda Milli Məclisin üzvləri, şəhid ailələri və mötəbər şəxslər iştirak edir.Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1997-cil il 1 may tarixində Nazirlər Kabinetinin qərarı əsasında yaradılmış Respublika Xatirə Kitabı tərəfindən keçirilən tədbirdə açılış üçün söz Milli Məclisin deputatı Aydın Hüseynova verilib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev haqqında yazılan hər bir kitab məsuliyyət tələb edir: "Çünki bu kitablar Azərbaycan tarixini yaradan, bütövlükdə dövlətimizin uğurlarının arxasında dayanan şəxsiyyət haqqındadır. Ulu Öndərin həyatı bir elmdir. Biz o elmi öyrəndikcə hər dəfə özümüz üçün yeniliklər kəşf edirik. İnanıram ki, bu kitabı da oxuyanda Ümummilli Lider haqqında maraqlı kəşflər edəcəyik".
Ləman Sərraf

Digər xəbərlər