Azərbaycanın dinamik sosial-iqtisadi inkişaf göstəricilərinə nail olması ilə paralel surətdə, bütün ölkə boyu mədəni həyatın canlanması da təqdirəlayiq haldır. Məlumdur ki, hazırda bütün dünyada gedən sürətli qloballaşma prosesi milli mədəniyyətlərin kənar təsirlərdən qorunması zərurətini bütün ciddiliyi ilə gündəmə gətirib. Əlamətdar haldır ki, belə bir şəraitdə Azərbaycan dövləti xalqımızın qədim tarixinin, zəngin mədəniyyətinin, güclü milli ənənələrinin qorunub yaşaması, nəsildən-nəslə ötürülməsi üçün böyük qayğı və qətiyyətli siyasi iradə nümayiş etdirir. Son illərdə ölkəmizin müxtəlif bölgələrində çoxlu sayda tarixi-mədəni-dini abidələrimiz əsaslı şəkildə bərpa olunub, arxeoloji qazıntılar nəticəsində aşkarlanan qədim yaşayış məskənlərimiz elmi cəhətdən araşdırılaraq öyrənilib. Eyni zamanda, yerlərdə əhali, ələlxüsus da gənclər arasında milli mənlik hissinin gücləndirilməsinə xidmət göstərən müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir, kitabxanaların, tarix-diyarşünaslıq muzeylərinin, teatrların fəaliyyəti genişləndirilir. Bütün bunlar isə son nəticədə bir tərəfdən Azərbaycanın sıx vəhdət təşkil etdiyi qədər də bir-birindən fərqlənən bölgələrinin özünəməxsusluğunun qorunmasına, digər tərəfdən isə insanların öz el-obalarına daha möhkəm bağlanmalarına, böyüməkdə olan nəslin vətənpərvərlik və milli qürur hissinin güclənməsinə səbəbolur.
Müşavirə zamanı Cənab Prezident vurğulamışdır ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.
Beynəlxalq təşkilatların hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ərazi bütövlüyünün təmin olunması istiqamətində öz töhfələrini verməyə hazırdırlar. Bu tədbir beynəlxalq aləmdə sülhün qorunması üçün aparılan mübarizəyə böyük töhfədir. Qoşulmama təşkilatında iştirak edən bütün dövlətlər bəyan etdilər ki, biz sizin ərazi bütövlüyünüzü tanıyırıq və buna dəstək veririk. Bu da əsas verir ki, Azərbaycan ərazilərini işğaldan azad etsin, ərazi bütövlüyünü təmin etmək üçün öz ərazilərini bərpa etsin.
Cənab Prezidentin apardığı düşünülmüş, uzaqgörən siyasət nəticəsində Vətən müharibəsində zəfər qazana bildik. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi, dövlət quruculuğuna, iqtisadiyyatın yenidən qurulmasına, beynəlxalq aləmdə Azərbaycan nüfuzlu yerlər tutmasına ciddi diqqət edən, bu istiqamətdə qətiyyətli addımlar atan dövlət başçımız ölkəmizin güclənməsinə və dünyada nüfuz qazanmasına səbəb oldu.
Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı