Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Ulu öndər və milli - mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, tədbirdə dövlət qurumları, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsi, şəhid ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edir.Tədbir müqəddəs kitab Qurani-Kərimin oxunması ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyev və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.Tədbiri giriş sözü ilə Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər "Cümə" məscidi dini icmasının sədri, professor Hacı Surxay Məmmədli açıb.
Söylü Ağazadə