PDF Oxu

Siyasət

  • 5 177

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir keçirilib - FOTO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir keçirilib - FOTO

Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində "Prezident İlham Əliyev və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" mövzusunda tədbir keçirilib.

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin, “Zirvə” İslahatlara Dəstək İctimai Birliyinin və Osmanlı Turan Təşkilatının Azərbaycan üzrə təmsilçiliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı hazırlanmış qısa film nümayiş olunub.

“Zirvə” İslahatlara Dəstək İctimai Birliyinin sədri Elçin Axundzadə dünya azərbaycanlılarının həmrəyliyinin bu gün ən vacib məsələ olduğunu vurğulayaraq qeyd edib ki, bu istiqamətdə rəhbərlik etdiyi təşkilat bir neçəsi xarici ölkələrdə olmaqla çox sayda tədbirlər keçirib. O qeyd edib ki, ümummilli liderin layiqli varisi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa edib və bütün dünya azərbaycanlılarının arzusunu reallaşdırıb.

Milli Məclisin deputatı Azər Badamov bu il Ulu Öndərin 100 illik yubileyinin təntənəli şəkildə keçirildiyini qeyd edib. Deputat Ulu Öndərin tarix yaradan şəxsiyyət olduğunu vurğulayıb. Qeyd edib ki, son illərdə bütün dünyadakı azərbaycanlıların həmrəyliyi daha da artıb və bu həmrəylik bütöv bir orqanizmə çevrilib.

YAP-ın veteranlarından olan professor Şahlar Əsgərov qeyd edib ki, ümumilli lider bütün fəaliyyətini Azərbaycanın bütövlüyü, inkişafı üzərində qurub və bu gün bu məqsədlərə nail olunub. Professor bu günkü Azərbaycanın bir Heydər Əliyev əsəri olduğunu qeyd edib.

Tədbirin təşkilatçılarından olan Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlət üçün gördüyü işlərdən danışıb, Prezident İlham Əliyevin ölkəmizin bütövlüyü və inkişafı uğrunda misilsiz xidmətlərini qeyd edib.
Çıxışçılar yeni ildə keçiriləcək prezident seçkilərinin dövlətimiz, xalqımız üçün uğur gətirəcəyindən əminlik ifadə ediblər.

Digər xəbərlər