PDF Oxu

Siyasət

  • 1 879

Müdrik Sərkərdə ! ŞEİR

Müdrik Sərkərdə ! ŞEİR

Ali Baş Komandan, Prezident İlham

“Dəmir Yumruq”, Öz qüvvənə inandın.

Qarabağı işğaldan azad etdin,

Xalqımızın etibarın qazandın.

20 il öncə çox cavan idin,

Özünə yük etdin ağır vədlərı.

Çətinlik əzabın çəkərəm dedin:

Mətinliklə yola saldın illəri.

62 yaşlı Müdrik Sərkərdə,

Görkəmin vüqarlı, cavansan hələ.

Şücaətin bəlli hər bir ölkədə,

Dünyaya səs salıb düşmüsən dilə.

Bir daha əsməsin səmum yelləri,

Düşmənin qırılsın vuran əlləri.

Mehriban xanımla xalqa dayaqsız,

Sizə hədiyyədir bəşər gülləri !..

Ofelya Mürsəlova,

APDU-nun sabiq baş müəllimi

Digər xəbərlər