PDF Oxu

Siyasət

  • 3 545

Milli-mənəvi dəyərlərimizin inkişafında Heydər Əliyev strategiyası - MASALLIDA TƏDBİR

Milli-mənəvi dəyərlərimizin inkişafında Heydər Əliyev strategiyası - MASALLIDA TƏDBİR

Rayon Mərkəzi Kitabxanasında rayon Ağsaqqallar Şurasının təşəbbüsü və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə müasir Azərbaycan dövlətçiliyinin banisi, görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Milli-mənəvi dəyərlərimizin inkişafında Ümummilli Lider Heydər Əliyev strategiyası” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, 2003-cü il dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə kitabxanamızda da Ulu Öndərin Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafında misilsiz xidmətlərinə həsr olunmuş tədbirlərlə yanaşı rayonumuzun tanınmış ağsaqqalları, yaradıcı və ziyalı şəxslər, elm, təhsil və mədəniyyət xadimləri ilə görüşlər, kitab təqdimatları, dəyirmi masa və oxucu konfransları keçirilir.

Rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müdrik strategiyanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyinin, ölkəmizin iqtisadi inkişafı, xalqın rifah və təhlükəsizliyinin təminatı olduğunu bildirib. O, Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması və inkişafı naminə gördüyü işlərin hər bir azərbaycanlıya ümummilli dəyərlərin keşiyində dayanmağa səsləyən ən böyük nümunə olduğunu vurğulayıb.

Masallı RİHB-nın məsul içşisi Əlimərdan Abdullayev Ümummilli Lider Heydər Əliyevin Vətənə və xalqa həsr etdiyi zəngin və mənalı həyatı, Azərbaycanın dövlət kimi bugünkü uğurlarına yol açan siyasi kursunun əvəzolunmazlığından bəhs edib.

Kitabxananın əməkdaşı Günay Xəlilova Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması və inkişafında xidmətlərindən bəhs edən məruzə ilə çıxış edib.

Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, ”Yeni həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev Ulu Öndər Heydər Əliyevin elm, mədəniyyət və incəsənət xadimlərinin himayə olunmasında misilsiz rolundan söhbət açıb, Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrin milli- mənəvi dəyərlərin inkişafına xidmət etdiyini diqqətə çatdırıblar.

Rayon ağsaqqallar şurasının üzvü Əlövsət Sadıqov Ulu Öndər Heydər Əliyevə həsr olunan “Mən Azərbaycanlıyam” şeirini oxuyub.

Rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə minnətdarlığını bildirib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər