“Xankəndidə baş verən hadisə sadəcə bir futbol deyildi. Bu, həm də siyasi bir mesaj idi. Azərbaycanın taleyi barədə məsələlər çox az sayda Vaşinqtonda, Brüsseldə həll olunur. Dövlətimizin əsas məsələləri öz daxili torpaqlarında həllini tapır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.Deputat əlavə edib ki, realist düşünən ermənilər anlayır ki, Azərbaycanla mübarizəni davam etdirmək onların xeyrinə olmayacaq: “Onlar dərk edirlər ki, Fransa və ABŞ kimi dövlətlərin himayədarlığı boş sözdən başqa bir şey deyil. Əminik ki, biz bu məsələni uğurla yekunlaşdıracağıq”.
Ləman Sərraf