PDF Oxu

Siyasət

  • 3 253

Xankəndi şəhər stadionunda keçirilən oyun bir daha sübut etdi ki... - DEPUTATIN ŞƏRHİ

Xankəndi şəhər stadionunda keçirilən oyun bir daha sübut etdi ki... - DEPUTATIN ŞƏRHİ

“Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kuboku uğrunda keçirilən oyun idman yarışı olsa da, Azərbaycan tarixində önəmli hadisələrdən biri oldu. Çünki ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilirdi. Xalqımıza qarşı soyqırımı həyata keçirilən Xankəndi şəhərində bu gün üçrəngli bayrağımız dalğalanmasının, stadionda bu torpaqları azad edən qəhrəman şəhidlərimizin ailə üzvlərinin, xüsusən də övladlarının izlədiyi futbol matçının rəmzi mənası var”. Bunu “Səs” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Şanlı Zəfər qazandığımız Qarabağ torpaqlarında belə bir matçın keçirilməsi xalqımızda qürur hissi oyatdı: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın matçı izləməsi diqqətlərdən yayınmadı. Prezident özü ilə birlikdə Xankəndiyə apardığı şəhid övladlarını, onların ailə üzvlərini xüsusi salamlayaraq onların atalarının müqəddəs amal uğrunda, Vətənin azadlığı uğrunda qəhrəmanlıq dastanı yazdıqlarını xatırlatdı. Xankəndi stadionunda çıxış edən Prezident İlham Əliyev tarixi həqiqətləri səsləndirərək bildirdi ki, torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Hazırda Qarabağda - Xankəndi şəhərində, Xocalıda, ümumiyyətlə işğaldan azad edilmiş digər ərazilərdə geniş abadlıq-quruculuq işləri aparılır. Xankəndi stadionu da cəmi iki ay ərzində yenidən inşa edilmiş, separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atılmışdır. Çıxışı zamanı Azərbaycan xalqının qalib xalq olduğunu vurğulayan Prezident İlham Əliyev “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşmasının böyük rəmzi məna daşıdığını bildirdi. Qeyd etdi ki, bu oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir”.

SƏBİNƏ

Digər xəbərlər