PDF Oxu

Siyasət

  • 3 216

Prezident İlham Əliyevin təmin etdiyi tarixi qələbə ŞƏRH

Prezident İlham Əliyevin təmin etdiyi tarixi qələbə ŞƏRH

Ölkəmizin Prezidenti İlham Əliyev liderlik istedadının bütün xüsusiyyətlərini özündə cəmləşdirən qətiyyətli və iradəli bir şəxsiyyətdir. Onun rəhbərlik etdiyi Azərbaycan bu gün dünya siyasi sistemində özünəməxsus yeri ilə seçilir.

Prezident İlham Əliyev 2003-cü ildə ölkə rəhbərliyinə gəldiyi zaman verdiyi bütün vədləri dövr ərzində mərhələli şəkildə icra etmişdir. Bu vədlərin ən başında işğal altında olan torpaqların azad olunması və məcburi köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına qayıtmasının təmin edilməsi məsələsi dururdu.

İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu məqsədə çatmaq üçün bütün sferalarda illərlə sistemli şəkildə çalışmışdır. İqisadi yüksəlişə nail olunmuş, güclü ordu qurulmuşdur. Bundan başqa ölkəmizdə birlik və milli vətənpərvərliyə nail olunmuşdur.

44 gün davam edən və Şuşa şəhərinin işğaldan azad olunması ilə nəticələnən şanlı Qarabağ zəfəri Azərbaycan xalqının çoxəsrlik tarixində qazandığı ən böyük qələbədir. Bu qələbə ilə Prezidentimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Tarixi zəfərimiz Ali Baş Komandan İlham Əliyevin liderlik istedadının parlaq bir ifadəsi kimi mühüm əhəmiyyətə malikdir.

2023-cü ildə cəmi bir günlük uğurlu hərbi əməliyyatdan sonra Qarabağda illərdən bəri davam edən separatçı rejimin mövcudluğuna son qoyulması, Xankəndi şəhərində üçrəngli bayrağımızın yüksəlməsi və hərbi paradın keçirilməsi Azərbaycan xalqının ən qürurlu günü oldu. Xankəndi şəhərində bu gün dalğalanan Azərbaycan bayrağı ölkə başçısının verdiyi ən önəmli vədin, yəni işğal altında olan bütün ərazilərimizin geri qaytarılmasının reallığa çevrilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması deməkdir.

Azərbaycan işğal altındakı torpaqlarını azad etməsi ilə ədalət və beynəlxalq hüquq da bərpa edildi. Bu qələbə ilə regionda erməni vandalizminə son qoyuldu. Prezident İlham Əliyev regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır.

Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir. Bu bölgələrdə əhalimizin firavan yaşayışı üçün infrastruktur layihələri davam edir. Prezident İlham Əliyevin müəllifi olduğu Böyük qayıdış Azərbaycanın çoxəsrlik tarixində ən böyük və hərtərəfli dövlət proqramıdır. Bu gün Cənab Prezident İlham Əliyev bu bölgədə gedən yenidənqurma prosesinə böyük diqqət ayırmışdır. Ölkə başçısının Qarabağa tez-tez olan səfərləri bu diqqətin bariz nümunəsidir.

Prezident İlham Əliyevin müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətləri, dövlət başçısı kimi möhkəm siyasi iradəsi, beynəlxalq aləmdə qazandığı yüksək nüfuz onu dünya liderlərinin ön sırasına çıxarmışdır. Prezidentimizin yorulmaz və qətiyyətli fəaliyyəti müstəqil dövlətimizin sabahkı inkişafının ən böyük təminatıdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəsinə və xalqına şərəflə xidmət edən görkəmli dövlət xadimi olmaqla bərabər, həm də dünya azərbaycanlılarının lideridir. Prezidentimiz İlham Əliyevin bu gün həyata keçirdiyi həm daxili həm xarici məqsədyünlü siyasət və atdığı addımlar həm öz ölkəmizdə, həm də dünya ictimaiyyəti arasında yüksək qiymətləndirilir. Prezident İlham Əliyev beynəlxalq aləmdə 21-ci əsrin liderlik nümunəsini göstərir.

Nurcahan İmaməliyeva

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər