PDF Oxu

Siyasət

  • 1 842

Azərbaycanı inamla irəli aparan Prezident ŞƏRH

Azərbaycanı inamla irəli aparan Prezident ŞƏRH

İkinci dəfə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan çox çətin yollardan keçdi, bir neçə problemlərin qarşısında mətinliklə, mərdliklə dayandı. İtkilərimiz oldu, sosial cəhətdən çətinlik çəkdik, psixolojı təziqə məruz qaldıq, mənəviyatımız əzildi, yaxın-doğmalarımızı itirdik, maddi-mədəniyyət abidələrimiz tamar oldu, yəni bizi ruhdan salmaq, torpaqlarımıza sahib olmaq, gələcək planlarımızı reallaşdırmaq qabiliyyətində olmadığımızı bizə sübut etməyə çalışdılar və bunu da davamlı olaraq həm xaricdən olan təzyiqlərlə həm də daxili proseslərə müəyyən zərərli fikirlərin yönəldilməsi, daxil edilməsi, içərdən qaynaqlanan proseslərə rəvac verməklə bizi bir xalq olaraq, öz gücümüzə sahib, öz dəyərimizi bilməyən millət, bizim çatışmamazlıq kompleksimizi, özümüzdən narazılıq kompleksimizi daha çox kökləməyə çalışdılar ki, biz o malik olduğumuz gücü səfərbər edib qarşıda dayanan hədəflərə doğru gedə bilməyək. Burada da maraqlı olan, maraqları toqquşan dairələr rahat hərəkət edə bilsinlər, öz planlarını reallaşdıra bilsinlər. Amma iki üzü də söykənən bir erməni mətni hansı ki, arxasında yalnız ermənilərin maraqları deyil, məqsədlərini güdən dairələrin maraqlarına xidmət edən məsələlər dayanırdı. Biz bunu öhdəsindən gəlmək üçün uzun illər səfərbər olmağa çalışdıq, birgə fəalliyyət göstərdik. Ən əsası özünüzə inamı itirmədik və davamlı olaraq bu problemlərin öhdəsindən gələrək gələcəyimizə inandıq. Bizim inamımızı möhkəmlədən, davamlı olaraq öz gücümüzə inanaraq bütün çətin məsələlərin öhdəsindən gəlməyi özümüzə inandıran liderimiz var. Bu gün tarixi liderimiz bizim idea və məsləkimizin formalaşmasında verdiyi tövhələr öz yerini tutur. Biz xalqın milli dəyəri, siyasi təfəkkürü, daxili birliyi qoruyub saxlamaq üçün zaman-zaman üst-üstə gələn dəyərlər var ki, yalnız onun üzərindən çıxış etməklə zamanın çağrışlarına cavab vermək, onun tələblərini ödəməklə qarşıya qoyulan tələblərə çata bilərik.

Mən düşünürəm ki, bütün malik olduğumuz mənəvi-iqtisadi sosial və bütün imkanlarımızı səfərbər edib onun bir siyasi konsepsiyaya çevirək, onun nəinki dövlət qurulucuğuna, nəinki millət qurulucuğuna, nəinki vətəndaş tərbiyəsinə, eləcədə regionda və dünyada öz mövqeyi olan, öz sözü olan və dünyada gedən proseslərə tövhə vermək qabiliyyətinə malik olan bir dövlət qurmaq üçün bu vəzifəsindən yalnız ulu öndər Heydər Əliyev gəlirdi. Təbii ki, birinci bir respublika dönəmindən qalan ən-ənələrin davam etməsi şərti ilə və ümummilli lider Heydər Əliyev dönəmində, hakimiyyətə qayıtdığı dönəmində müstəqil Azərbyacan dövlətini və onun müstəqilliyini əbədi təmin etdi. Müstəqil Azərbaycan dövləti yarandı. İnkişaf baş verdi. Artıq Azərbaycan adı bir dövlət kimi dünya ölkələri içərisində özünə malik yeri oldu, özünə aid yeri oldu. Əsas bünövrəni, fundamenti yaratmışdıq. Ən əsas bizim qarşımızda həmin çətin dövrün məsələsi idi. O problemin həll olunması bundan sonra dövlət kimi daha geniş işıqlı yola çıxmasını təmin edəcəkdir. Cənab prezidentimiz də hər zaman Ulu Öndər Heydər Əliyev vəsiyyətlərini və onun siyasətinin davamıçısı olaraq həyata keçirəcəyini, bunun üçün də xalqına və onun gücünə istinad edib, ona inanacağına, ondan güc alacağına bəyan etməklə bu yolda davam etdirdi.

Biz bir qısa müddətdə müstəqil dövlət olaraq dünyada öz yerimizin tutduğunu şahidi olduq. 2003-cü ildən bəri keçən müddət ərzində seçicilərinə, vətəndaşlara, azərbyacan xalqına verdiyi vədlərin hər birini tutdu və bunu hər çıxışlarında bunu səsləndirdi. Heydər Əliyev siyasətin davamçısı ölkə prezidenti İlham Əliyev belə qətiyyətli şəxsiyyət, belə lider olduğunu bütün dünya ölkələri görürlər, qəbul edirlər və hesablaşırlar. Bizim də istədiyimiz bu idi ki, Azərbaycan heç kimdən asılı olmayan bir mövqeyi olan dövlət kimi siyasi rolunu inkişaf etdirsin, artırsın. Bunun üçün də əvvəl iqtisadi imkanların genişləndirməlidir, əldə olunmuş bünövrə üzərində dayanmaq lazımdır. İnkişaf təmin edən də insandır, onun nəticələrindən də bəhrələnən insandır və öz inamı ilə, öz mövqeyi ilə onu artırmağa birə-beş imkanı olan da insandır. Ona görə də sosial ədalətə əsaslanan bir siyasətin yeridilməsini təsadüf hesab etməyək, çünki hər bir insan özünü bu ölkənin həm inkişafına həm də artan imkanlarından bərabər istifadə etmək imkanlarına malik olduğunu hiss etməli və onu öz həyatında hiss etməlidir. Bütün Azərbaycanda yeridilən siyasətin mərkəzində insan amili dayanır. İqtisadi inkişafdan bəhrənməlidir, həm özü inkişaf etməlidir, həm də yeni tendensiyalara açıq müasir innovasiyalı əsaslı düşüncə olmalıdır. Əlbəttə ki, insan kapitalığın rəqabətə davamlığı çox vacib bir məsələdir. Biz bu prosesdə cənab prezident neçə yeni nəsilə, yeni nəslin formalaşmasına, yeni vətəndaş kriteriyalarına, vətəndaşın necə olması, və onun çərçivələrin daxilində nələr olmalıdır standartı yaratdır.

Azərbaycan vətəndaşı belə bir çətin coğrafi ərazində belə bir çətin qonşuluqda və dünya qlobal proseslərin həyatımızın bütün sahələrində ciddi təsirini nəzərə alaraq həm malik dövrümüzün dəyərlərini inkişaf etdirməyə öz tarixi keçmişinə sahib olmağa, həm də müasir dinamik inkişaf edən gələcəyə hazır olmalıdır. Yalnız belə bir vətəndaş çox çətinlikər bahasına əldə etdiyi dövləti və nəticələri qoruyub saxlıya, gələcək nəsillərə çatdıra bilər. İlham Əliyev iqtisadiyyatı inkişaf etdirməklə haqqı-ədaləti bərpa etdirməklə həm də insanların şüuruna, gənc nəslin şüuruna, onun mövqeyinin formalaşmasına diqqət, dayanıqlı və davamlı və inkişafı təmin edən əsas məsələdir. Əlbəttə ki, bütün bunlar həm insan inkişafı, həm ölkənin siyasi, həm hərbi, iqtisadi cəhətdən inkişaf mütləq şəkildə Qarabağ məsələsi həllinə yönəlməliydi. Bunun üçün də cənab prezident İlham Əliyev bu illər əzrində həyata keçirdiyi istiqamətlərdən biri də hərbi sənayenin inkişafı, ordu quruculuğu, vətənpərvərlik ruhuna malik olan gənclərin yetişməsi və hər kəsin orduda xidməti özünün həyatını ən şərəfli hissəsi hesab etməlidir. Cənab prezident təsadüfən vurğulamır ki, Qarabağ məsələsi həllində müharibə dönəmində və ondan sonra lokal döyüşlərdə bu prosesə ilk qatılan gənclər idi.

Biz həyatımızın tarixi dönəmini yaşayırıq. Müharibədən sonra biz beynəlxalq ermənçiliyə xidmət edən dairələrin planlarını, Azərbaycannın daim təzyiq altında saxlayan, onun mövqeyinə təsir etmək, öz planlarını reallaşdırmaq istəyən dairələrin planlarını pozduq. Hər zaman bizi inandırmağa çalışırdılar ki, bu məsələni hərbi yolu ilə həlli yoxdur, yalnız danışıqlar, qarşılıqlı güzəştlərə əsaslanaraq həll oluna bilər. Bizim dövlətimizi öz gücündən istifadə edərək, dövlətin ərazi bütövlüyünü qorumaq kimi öhtəliyi, vəzifəni yerinə yetirməkdən çəkindirə bilmədilər. Cənab prezident İlham Əliyev böyük bir məktəb keçib, elə bir həyat məktəbi keçib ki, uşaqlıqdan bu yaşa qədər Heydər Əliyev məktəbi keçib. Bu məktəb hər kəsin fikrini, mövqeyini, niyyətini öyrənir və onların qarşılaşdığı bir məqamda maraqların reallaşdırmağı yol ğöstərir. Heydər Əliyev vəsiyyəti, azruları çin olub. Bu təkcə ərazimizi bütövlüyü təmin edilməsi deyil, bu bizim öz gücümüzə inanmağımızdır. Çünki bir insan öz gücünə inanmadan hansısa plan qura bilməz, qarşısına hədəflər qoya bilməz. Odur ki, Heydər Əliyev də hakimiyyətə qayıtdığı dönəmdə Azərbaycan xalqı, dövləti qarşısında ən böyük xidmət bu xalqın öz gücünə, öz liderinə inamına bərpa etməkdirsə, cənab prezidentin bu illər ərzində dayanmadan fədarkarcasına işləməsi, bu real həyatda sübut etməyə yönələn gercəkləşdirilmiş layihələrdir.

Biz Ulu Öndər Heydər Əliyevin çıxışına əvvəllər qulaq asanda biz düşünürdük ki, bu bir arzudur, niyyətdir. Amma biz artıq görürürk ki, bu bir realdır. Bu reallığı bizə qazandıran güc, motivasiya, yüksək əhval-ruhiyyə, öz torpağına bağlılığı, öz mənəvi dəyərlərinə bağlılıq oldu. Fərq və toplu olaraq özünə inamı olan dövlət qələbə qazana bilər. Biz nə qədər ki, Heydər Əliyev ideallarıyla, onun müəyyənləşdirdiyi yolla gedəcəyiksə, əminəm ki, Azərbaycan hər zaman inkişaf edəcəkdir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və hər zaman yaşayacaq. Hər zamanda Azərbaycan qalib olacaq. Cünki Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. İlham Əliyev tək Azərbaycan xalqının deyil, dünya azərbaycanlılarının lideridir. İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimidir. 44 günlük müharibə ilə İlham Əliyev Azərbaycan tarixinə yeni tarix gətirdi. XX əsrin əvvələrində Zəngəzur deyilən ifadə yox idi. Azərbaycan tarixindən çıxarılmışdır. İlham Əliyev yenidən Azərbaycan tarixinə daxil etdi. Cənab prezident təkcə hərb sahəsində deyil, həm də diplomatiya sahəsində qəhrəman oldu. Zəfər günündə gözlərimin qarşısında müstəqil Azərabycan canlanır, əvvəl Heydər Əliyev, sonra cənab prezidentimiz İlham Əliyevlə daima irəliyə, inkişafa, tərəqiyyə doğru gedir və bu davamlı inkişaf bu illər ərzində bir an olsun dayanmayıb.

Vətən müharibəsi bütün möhtəşəm hərbi, siyasi, diplomatik qələbəmiz olmaqla yanaşı həm də Qarabağda qürurumuzu yenidən nümayiş etdirdi. Ancaq müharibə son qələbəmiz deyil. Qələbəmiz davam edir. Müharibədə qazandığımız Zəfəri, Qarabağda aparılan yenidənqurma işləri, işğaldan azad olunmuş torpaqlarda keçirilmiş Xarıbülbül festivalı və digər tədbirlər dünya səviyyəsində nümayiş olunur. Azərbaycan daima inkişafdadır istər mədəniyyət sahəsi olsun, istər elm, istər idman. Azərbaycan geniş inkişaf ilə dünyada nümunə oldu. Zəfərin qazanmasında azərbaycan xalqın, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, dəmir yumruq kimi birləşdi. Bütün dünya, həmçinin işğalçı Ermənistan və onun tərəfdaşları Dəmir Yumruğun gücünü, qüdrətini gördü.

Hərb meydanında uduzan düşmən siyasət meydanında təxribat aparmaq istədi, ancaq yenə alınmadı. 16 avqust 2023-cü il tarixində BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə iclas keçirildi. Ermənistan özü çağırdığı növbədənkənar iclasda özünü ifşa etdi. Döyüş meydanında uduzduğu kimi də, diplomatik sahədə də Ermənistan uduzdu.Yenə də qalib Prezident İlham Əliyevin oldu. Yenə də qalib Azərbaycan oldu.Keçirilən sonuncu anti-terror əməliyyatı xalqın milli birliyinin dir daha dünyaya sübüt etdi və Azərbaycan dövlətini zirvələrə ucaltdı. Bir daha sübüt olundu ki, milli düşüncə tərzinin formalaşmasına heç bir qüvvə maneə ola bilməz. Artıq işğal sözünü deməyəcəyik. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Qərbi Azərbaycana, öz dədə-baba torpaqlarımıza qovuşmaq Qarabağ probleminin son həlli olacaq.

QALİB ORDUNUN ƏSGƏRİ VƏ QALİB XALQİN VƏTƏNDAŞI OLMAQDAN QÜRURLU HEÇ NƏ YOXDUR DÜNYADA.

QARABAĞ AZƏRBAYCANDIR!!!

YAŞASIN QALİB AZƏRBAYCANIN QALİB PREZİDENTİ İLHAM ƏLİYEV!

Şəhla Xəlilova

YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər