PDF Oxu

Siyasət

  • 1 308

Son 20 ilin uğurları - Qürurla verilən vəd qətiyyətlə gercəkləşdirilir

Son 20 ilin uğurları - Qürurla verilən vəd qətiyyətlə gercəkləşdirilir

«Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam».

Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri Çinin CGTN televiziya kanalına müsahibəsində bildirib.

Bəli, bu gün dövlət başçımızın qürurla dediyi sözləri qətiyyətlə gerçəkləşir. Artıq bu gün - 33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın da, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. Ən əsası da mümkünsüzü mümkün edən 44 günlük müharibə bir daha bütün dünyaya göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu da etdi! 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında keçirilən görüşdə imzalanan birgə bəyanatla işğal altında olan torpaqlarımız, o cümlədən Kəlbəcər, Ağdam və Laçının bir güllə belə atmadan qaytarılması, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, bütün daxili məcburi köçkün və qaçqınlarımızın öz ata-baba yurdlarına, Dağlıq Qarabağa və onun ətraf ərazilərinə qayıtması və Naxçıvan Muxtar Respublikasına quru sahəsi ilə birbaşa yolun açılması böyük tarixi hadisədir. Bu «Dəmir yumruğ»un və Azərbaycan Ordusunun gücü sayəsində baş verdi. 1 milyondan çox soydaşlarımızın torpaq, yurd həsrətinə son qoyuldu.

Prezident İlham Əliyev qələbə zəfərindən sonra bütün çıxışlarında bildirir ki, bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və buna da nail olacağıq. «Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq!»,-deyən Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır, Böyük qayıdış üçün Qarabağ və Şərqi Zəngəzurda mükəmməl həyat şəraiti yaradır. Deyilənləri təsdiqləyən amil 2023-cü ilin iyun ayında dövlət büdcəsinə edilmiş dəyişikliklərdən sonra xərclər 3 milyard manat artırılaraq 36 milyard manata çatdırılmasıdır ki, bu da müstəqil Azərbaycanın tarixində rekord göstəricidir. Xərclərə əlavə edilən 3 milyard manatın təqribən 1,8 milyardlıq hissəsinin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə ayırlması isə belə bir həqiqətin növbəti təsdiqi oldu ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir.

Sözsüz ki, bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Azərbaycan Prezidenti çıxışlarında, müraciətlərində də daima bildirir ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciətində demişdi ki, ona etimad göstərilərsə, Heydər Əliyev siyasətinə sadiq qalacaq. Və Azərbaycan xalqı İlham Əliyevə səs verərək Ulu Öndərə olan məhəbbətlərini və inamlarını göstərdi. Artıq Prezident İlham Əliev cənablarının ilk prezident seçilməsindən ötən 20 il ərzində Azərbaycan sürətli inkişaf və tərəqqi yolunda uğurlu inkişaf yolunda davam etməkdədir. Hər bir vədin konkret əməli işi ilə təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyevin Qələbəmizin Zəfərindən ötən üç il ərzində işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi yeni sosial obyektlərin say tərkibinə, icrasına başlanan infrastruktur layihələrinə, imzalanan Fərman və sərəncamlara, təsdiqlənən Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! Belə ki, üç il bundan öncə tarixi Zəfərə imza atılması, bu il sentyabrın 19-da rəşadətli Ordumuzun bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması dövlətimizin qətiyyətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük səylərinin, xalqımızın həyata keçirilən siyasətə inamının və Prezidentin ətrafında sıx birliyinin təqdimatıdır. Ali Baş Komandanımız tarixi Zəfərimizə qədər hər bir çıxışında əminliklə bildirirdi ki, üçrəngli bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Bəli, artıq bu gün işğaldan azad olunan torpaqlarımızda üç rəngli bayrağımız dalğalanır. Prezident İlham Əliyev oktyabrın 15-də - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında Xankəndidə Azərbaycan Bayrağını təntənəli şəkildə ucaltdı. Biz bunu bir vaxtlar heç xəyalımıza da gətirə bilməzdik. Prezident İlham Əliyevin müdrikliyi və qüdrəti onun mümkünsüz görünəni reallığa çevirməsi, xalqımızın ən böyük arzu və istəyini həyata keçirməsidir. Dekabrın 21-də isə Xankəndi şəhər stadionunda son 30 ildə ilk dəfə olaraq Azərbaycan komandaları arasında keçirilən və dünyaya mesaj mənasında mühüm əhəmiyyət kəsb edən futbol oyununda Prezident İlham Əliyevin bir daha vurğuladığı kimi, bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq!”.

Bir sözlə, Prezident İlham Əliyevin xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirilib. Hazırda Azərbaycan tarixinin ən qüdrətli, sabit və güvənli dövrünü yaşayır. 20 il ərzində müəyyən olunmuş bütün vəzifələri icra etməklə, bütün hədəfləri reallaşdırmaqla Prezident İlham Əliyev dövlətin və xalqın əsl Lideri olduğunu sübut edib. Və son 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, Xalqla İqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq. Bəli, bu gün Azərbaycan xalqı da Qalib Liderimiz Prezident İlham Əliyevin son 20 il prezidentlik fəaliyyəti dövründə bir daha gördü ki, Azərbaycan Prezidenti daima xalqı ilə birlikdədir, onların yanındadır, bütün görülən işləri də xalqına aydın şəkildə çatdırır. Və bu günün reallıqları onu göstərir ki, qələbəmizdən ötən üç il ərzində həm siyasi, həm də iqtisadi baxımdan mühüm nailiyyətlərə imza atan - sözü imzası qədər qüvvətli olan lider Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində çox qısa zamanda Qarabağın yenidən dirçələcəyinə, qarşıdakı növbəti 2024-cü ildə də işğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək, bu torpaqlarda həyat qaynayacaq, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq. Beləliklə də, 2003-2023-cü il tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsi olmaqla Azərbaycan bundan sonra növbəti illərdə də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri

Digər xəbərlər