Azərbaycan xalqı hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək öz alternativsiz Liderini dəstəkləməkdədir. Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz ki, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır və Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Ölkə Prezidenti cənab İlham Əliyev öz liderlik bacarığı və siyasi iradəsi ilə Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək ölkəmizin hər tərəfli inkişafına öz müsbət töhfələrini vermişdir.
Lakin bu gün qərbin maşasına çevrilmiş Əli Kərimli və onun əqidəsiz, rüsvayçı “tərəfdaşları” ölkəmizin həm daxili, həm xarici uğurlarına kölgə salmağa çalışır. Bu günün həqiqətləri isə ondan ibarətdir ki, adını dırnaqarası müxalifət qoymuş AXCP və Müsavat partiyasının heç bir sağlam sosial bazası mövcut deyil və məlum olduğu AXCP sıralarında artıq kütləvi istefa dalğası hökm sürməkdədir. Əli Kərimli və onun trolları kor gözlərini açıb Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri və uğurları görsə daha yaxşı olar.
Prezident cənab İlham Əliyevin yorulmaz siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bütün istiqamətlərdə inkişaf edərək regionda və bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Eyni zamanda, bu gün Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönələn siyasəti insan amili üzərində qurulub və bunun nəticəsi olaraq regionların inkişafına yönələn proqramlarda sosial təyinatlı obyektlərin tikilməsi, yenidən qurulması xüsusi diqqət mərkəzindədir.
Eyni zamanda Prezident cənab İlham Əliyevin fəaliyyəti dövründə vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində xüsusi işlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı