Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əası qoyulmuş demokratik və mütərəqqi seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəslində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Ölkəmizdə seçki hüququ sahəsində yaranan münasibətlər beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilən Seçki Məcəlləsi ilə tənzimlənir.
Vətəndaşların seçmək və seçilmək hüququ Azərbaycan Respublikasında dövlət işlərinin və ictimai işlərin idarə olunmasında onların iştirakı haqqında Konstitusiya ilə verilmiş hüquqlarıın ən mühüm hüquqi təminatıdır. Respublikanın 18 yaşına çatmış vətəndaşları seçki qanunları ilə müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçib-seçilirlər.
Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.
Müxalifətin radikal adlandırılan hissəsinin hər hansı mitinq və ya aksiya keçirməsi üçün ortada nə iqtisadi, nə sosial, nə də mənəvi amillər yoxdur. Ona görə də bütövlükdə ölkə ictimaiyyəti tərəfindən müxalifətin mitinq keçirmək istəyi normal qəbul edilmir. Bu cür yersiz mitinqlərin, ümumiyyətlə, mənası yoxdur.
Bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin uğurları, sosial-iqtisadi sferada qazandığı nailiyyətləri ilə fəxr edir. Hansısa istiqamətdə həll olunmamış məsələ qala bilər. Amma bu, heç də əsas vermir ki, müxalifət aksiyalar, o cümlədən icazəsiz mitinqlər keçirsin. Heç kim şübhə etmir ki, Azərbaycan rəhbərliyi cəmiyyətdə olan neqativ halları dəqiqliyi ilə bilir. Azərbaycan hökumətinin bu çatışmazlıqların aradan qaldırılması üçün atdığı addımlar, neqativ halların yaranmasında günahkar olanların cəzalandırılması hər kəs tərəfindən təqdir olunur.
Respublikamızda hakimiyyət xalqın iradəsi ilə formalaşıb. Təbii ki, xalqın iradəsi ilə formalaşan hakimiyyət xalqın maraqlarını ifadə edir. Biz Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin mahiyyətində respublikamızın inkişafının, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasının, beynəlxalq imicinin daim yüksəldilməsinin dayandığını aydın görürük.
Ona görə ərəb ölkələrində baş verən hadisələrin Azərbaycana və bizim kimi dinamik inkişaf yolunda olan ölkələrə heç bir təsiri ola bilməz. Bu ölkələrin arasında paralellər aparmaq özü məntiqsizlikdir. Bu mənada həmin dövlətlərdə keçirilən mitinqləri ölkəmizdə də təkrar etmək sadəcə, imitasiyadır.
Radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir. Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər.
Azərbaycan gəncliyi dövlətin onlara yaratdığı imkanları yüksək qiymətləndirir. Gənclərimiz tarixdən hər şeyi gözəl bildikləri və hakimiyyətin siyasi xəttini dəstəklədikləri üçün ifrat radikal müxalifətin bu nəslin gücündən istifadə etmək niyyəti baş tutmayacaq.
Aliyə Orucova
YAP Pirallahı rayon təşkulatı Aparatının məsul əməkdaşı