2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş prezident seçkilərində xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Prezident cənab İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Ötən 20 ildə dövlət başçısı cənab İlham Əliyev xalqı və ölkəsi üçün nəinki yaxşı prezident oldu, o, həmçinin adını Azərbaycanın zəngin tarixinə qızıl hərflərlə yazdı. 20 il bundan əvvəl üzərinə götürdüyü müqəddəs missiyanı şərəf və qürurla daşıyaraq xalqı və ölkəsi adına böyük işlərə, nəhəng layihələrə və uğurlara imza atdı. Böyük hədəflərə nail olmaq üçün ölkədə içtimai-siyasi sabitliyi və təhlükəsizliyi gücləndirərək Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi. Azəbaycanı şüurlu seçimi olan müstəqillik yolundan heç bir kənar qüvvənin döndərə bilməyəcəyini hər zaman çıxışlarında qeyd edən Prezident cənab İlham Əliyev daim millətinə, xalqına bağlı olub və verdiyi bütün qərarlarda, atdığı bütün addımlarda ilk növbədə xalqın mənafeyini düşünüb.
Dövlət başçımızın 20 illik siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun milli maraqları və rifahı dayanıb. Ölkəsinə, millətinə sədaqət və ləyaqətlə xidmət edən Prezident cənab İlham Əliyev fəaliyyəti dövründə uğurlu siyasəti ilə sabitliyi şərtləndirən iqtidar-xalq birliyini, həmrəyliyi möhkəmləndirdi, demokratikləşmə prosesini sürətləndirərək qanunun aliliyinin təmin olunduğu insan hüquq və azadlıqlarının qorunduğu dövləti formalaşdırd. Nümunəvi dövlət yaradaraq Azərbaycanı beynəlxalq aləmə sabitləşdirici aktor kimi tanıtdı, iqtisadi qüdrəti, siyasi nüfuzu ilə bölgənin aparıcı dövlətinə çevirdi.
“Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır” deyən dövlətimizin başçısı cənab İlham Əliyevin yenilikçi siyasəti Azərbaycanın ən islahatçı ölkə kimi beynəlxalq maliyyə qurumlarının hesabatlarında yer almasını şərtləndirdi, dünyanın nüfuzlu ölkələri sırasına yüksəldib beynəlxalq təşkilatlarda həlledici söz sahibinə çevirdi, Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Sözü imzası qədər keçərli olan etibarlı və mühüm tərəfdaş imicini formalaşdırdı. Dünyada ən mükəmməl nümunə kimi təqdim olunan toleyrantlığın Azərbaycan modelini yaratdı. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz bölgəni qarşıdurma və rəqabət məkanından tərəfdaşlıq və əməkdaşlıq məkanına çevirdi. 20 ildə Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq toplantılara yüksək səviyyədə ev sahibliyi edərək sivilizasiyalar arası dialoqlara əhəmiyyətli töhfələr verdi.
Prezident cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə Azərbaycan ilk dəfə 2012-2013-cü iilər üzrə BMT Təhlükəzislik Şurasının qeyri daimi üzvü seçildi. 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına uğurlu sədrlik və ölkəmizə olan etimadı daha da artırdı. Təşkilata sədrlik müddətinin uzadılması Prezident İlham Əliyevin qlobal liderlik bacarığına, qətiyyətli mövqeyinə, məsələlərə düzgün yanaşmasına verilən yüksək qiymət idi.
Prezident cənab İlham Əliyevin daim təkmilləşdirdiyi gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratdı. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
2021-ci ildə Prezident cənab İlham Əliyevə Türk dünyasının ali ordeninin təqdim edilməsi dövlət başçısının nümayiş etdirdiyi liderlik xüsusiyyətlərinə, diplomatik məharətinə, Azərbaycanın və türk dünyasının maraqlarının təmin edilməsi məqsədilə həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli mövqeyinə, dünya miqyasında yürütdüyü siyasətə verilən yüksək dəyər idi.
Beynəlxalq aləmdə həm də peşəkar diplomat və təcrübəli siyasətçi kimi təqdim olunan Prezident cənab İlham Əliyevin adı çəkiləndə o, bir dünya lideridir -ifadəsi işlədilir. Bu adın arxasında dövlət başçısının 20 illik tükənməz enerjisi, müdrik siyasəti, baş verən proseslərə düzgün yanaşması, məsələləri öncədən proqnozlaşdırma bacarığı dayanır. Cənab İlham Əliyev 20 illik prezidentliyi dövründə heç kimdən asılı olmayan müstəqil dövlət yaratdı. Güclü Lider - Güclü Dövlət düsturu ilə qarşıya qoyulan bütün hədəflərə nail oldu.
Dövlət başçımız cənab İlham Əliyev fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirib: “Möhtəşəm Prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq”.
Azərbaycan o ölkələrdəndi ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində həm hərbi gücümüz və şanlı qələbəmiz dayanır. Prezident cənab İlham Əliyev Azəraycanın ən yeni tarixini yazır. Qarabağ və Şərqi Zəngəzurla bağlı arzularımızı gerçəyə çevirir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal xarakterli antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurur.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri