Azərbaycan sivil, demokratik dünyanın ayrılmaz hissəsi olaraq sosial-iqtisadi nailiyyətləri, 44 günlük Vətən Müharibəsində qazandığı möhtəşəm qələbələri, cəmiyyət həyatında əldə etdiyi demokratik təsisatları və digər uğurları ilə dünyanın aparıcı dövlətləri sırasında özünə layiqli yer tutduğunu göstərir. Bu nailiyyətlərlə təkcə Azərbaycan xalqı deyil dost, qardaş millətlər də sevinir və fəxr edirlər. Təbii ki, uğurlar davamlıdır. Çünki Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti, Yenilməz Sərkərdə İlham Əliyevin apardığı siyasət dövlətin gücünün möhtəşəm olmasına, xalqın sosial-rifah halının daha da yaxşılaşmasına hesablanıb. Təəssüflər olsun ki, sapı özümüzdən olan baltalar xarici məkrli qüvvələrin maddi və mənəvi dəstəyinə arxalanıb, böyük uğurlara, möhtəşəm qələbələrə kölgə salmağa çalışırlar. Hətta AXCP sədri Əli Kərimi beynəlxalq təşkilatlara yazılı şəkildə müraciət edərək Azərbaycan dövlətlərinə qarşı iqtisadi sanksiyaların tətbiq olunmasını xahiş edir.
Əli Kərimli: “44 günlük Vətən Müharibəsində qazanılan qələbə Sarkisyan-Koçaryan cütlüyünün Qarabağı və ətraf rayonları işğal etmələrindən artıq ola bilməz”
AXCP və Milli Şura adından ABŞ Konqresinə, Fransa Assambleyasına, Almaniya Bundestaqına, Avropa Parlamentinə məktublar ünvanlayan Əli Kərimli və Cəmil Həsənli onlardan Azərbaycanın beynəlxalq təşkilatlarda səsvermə hüququnun məhdudlaşdırılmasını tələb edirlər. Fikir verin, dağıdıcı cütlük tələb edirlər. Adətən, xahişlər və yalvarışlarla ağalarına üz tutan C.Həsənli və Ə.Kərimli bu dəfə tələblə çıxış edirlər. Onları cəsarətləndirən nədir? Əksər hallarda ağaları qarşısında müti və zəif durumda olan məxluqlar nədən gözlənilmədən mövqelərini dəyişib, qətiyyət nümayiş etdirirlər? Birmənalı şəkildə demək olar ki, ortada razılaşma var. Yəni, Ə.Kərimliyə və C.Həsənliyə himayədarlıq edən xarici dairələr belə çağırışın daha məqbul olduğunu qeyd ediblər. Məhz bu baxımdan, müraciətlərini tələbnamə şəkilində ünvanlayıblar. Beynəlxalq təşkilatlara ünvanlanan separatçı müraciətləri fonunda Ə.Kərimli daxili və xarici qüvvələrə xoş gəlmək üçün erməni revanşistlərsayağı fikirlər də səsləndirir. Utanıb çəkinmədən internet TV-lərin birinə verdiyi açıqlamasında deyir ki, 44 günlük Vətən Müharibəsində qazanılan qələbə Sarkisyan-Koçaryan cütlüyünün Qarabağı və ətraf rayonları işğal etmələrindən artıq ola bilməz. Bununla da açıq şəkildə Qarabağın azadlığa qovuşmasından narahatlıq keçirdiyini nümayiş etdirir. Həm də təsdiq olunur ki, mübaliğəsiz bu məxluq ya erməni kökənlidir, ya da erməni lobbisindən maddi və mənəvi dəstək alır. Belə məxluqun cəmiyyət arasında görünməsi elə cəmiyyətin özünə hörmətsizlikdir. Bu baxımdan, onun islah olunması üçün ciddi şəkildə cəzalandırılmasına zərurət var. Xalqın qələbə sevincinə kölgə salmaq bağışlanmaz günahdır və cəzasız qala bilməz.
Xalq "boykot"çuları boykot edəcək
Xalqımız növbəti Zəfər seçkisi ərəfəsində olduğu bu məqamda dağıdıcı ünsürlərin fəallaşması təbii ki, təsadüfi ola bilməz. Onların əsas sifarişli hədəfləri və məqsədləri cəmiyyətdə seçki əhval-ruhiyyəsinə və fəallığına zərər verməkdir. Lakin inandırıcı deyil ki, bəd niyyətlərini reallaşdıra bilsinlər. Çünki məsəl var deyərlər, "el gücü, sel gücüdür". Xalqın gücü, birliyi qarşısında çör-çöpün duruş gətirməsi mümkünsüzdür, özü də qalib xalqa. Ona görə də, dağıdıcı müxalif məxluqların hay-küyləri, təxribatçı əməlləri nəticəsiz qalacaq. Boykot çağırışları isə, ümumiyyətlə, baş tutmayacaq. Xalq hamılıqla 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində əmin-amanlığa, sülhə və təhlükəsizliyə, iqtisadi, sosial inkişafa, bir sözlə, onlara möhtəşəm qələbələr bəxş edən Yenilməz Sərkərdə, Prezident İlham Əliyevə səs verəcəklər. Dövlətin inkişafı və gələcəyi yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətə bağlıdır. Xalqın sosial cəhətdən təminatı, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsi Yenilməz Sərkərdə İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdən asılıdır. Yəni, əminliklə və qətiyyətlə demək olar ki, Azərbaycan dövləti və xalqı 2024-cü ildən sonra da uğurlu inkişafını müdrik lider, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirəcək.
Boykot sifarişli təxribatdır
Hazırda 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin ictimai-siyasi həyatında bir canlanma müşahidə olunur. Əhali arasında seçkilərlə bağlı qızğın müzakirələrin, diskussiyaların aparılması, müxtəlif siyasi qüvvələrin və müstəqil şəxslərin seçkiyə namizədlə qatılmaları onu təsdiq edir ki, cəmiyyət seçki prosesinə laqeyd deyil. Əksinə, seçkilərdə daha fəal iştirak etməklə Azərbaycanın demokratik seçki ənənəsinə öz töhfəsini verməyə çalışırlar. Yuxarıda qeyd etdiyimiz kimi, dağıdıcı müxalifət xalqın seçkiyə böyük coşqu ilə hazırlaşmasına qısqanclıqla yanaşır və prosesə cüzi də olsa zərər vurmağa çalışırlar. Ə.Kərimlinin və C.Həsənlinin cəmiyyəti icazəsiz aksiyalar keçirməklə təhdid etmələri və beynəlxalq təşkilatlar vasitəsi ilə xalqa hədə mesajı göndərməyə çalışmaları, məhz bəd niyyətlərini və məkrli planlarını reallaşdırmaq istəyindən irəli gəlir. Xüsusilə də, Serbiyada baş verən son hadisələr Azərbaycandakı dağıdıcı ünsürləri ölkədə qarşıdurma yaratmağa həvəsləndirib. Ə.Kərimli Sevinc Osmanqızının TV-sinə verdiyi açılmasında Serbiyada baş verən iğtişaşların Azərbaycan müxalifəti üçün yeni mübarizə əhval-ruhiyyəsi yaratdığını bildirib. Yəni, insan itkiləri, qarşıdurmaları Ə.Kərimli üçün siyasi maraqlarının təmin olunmasında əlverişli vasitə hesab olunur. Sabah ölkəmizdə insan itkiləri ilə müşahidə oluna biləcək qanlı hadisələr baş versə, bu, Ə.Kərimli və ətrafında olan trol dəstəsi üçün arzuolunan olay hesab olunacaq və vəziyyətdən bəhrələnməyə çalışacaqlar. Dəfələrlə dağıdıcı ünsürlər qarşıdurmalar yaratmaqla öz məkrli planlarını həyata keçirməyə çalışıblar. Lakin sonda xalq-hakimiyyət birliyi nəticəsində radikallar iflasa uğramış və ifşa edilərək əski mövqelərinə qayıdıblar. Yenə də əgər qarşıdurma yaratmağa cəhdlər göstərsələr, sərt şəkildə cəzalarını alacaqlar. Ölkəmizdə seçkidən kənar hər hansı qeyri-qanuni vasitələrlə nəyəsə nail olmaq mümkünsüzdür. Görünən isə ondan ibarətdir ki, dağıdıcı müxalifət seçki yarışında iştirak etməkdə istəkli deyil. Daha doğrusu, Ə.Kərimli seçkiyə qatılmağa qorxur. Ona görə də öz qorxaqlığını boykot pərdəsi altında gizlətməyə çalışır. Başa düşür ki, xalq onu və onun kimiləri qətiyyətlə rədd edir.
Seçkilər yeni dövrün növbəti demokratik hadisəsi olacaq
Siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün "universal" fürsət yaradan amil hesab edirlər. Bu baxımdan, Bakıdakı təmsilçiləri rolunda çıxış edən dağıdıcı müxalifətdən istifadə etməyə çalışırlar. Maddi maraq qarşılığında Ə.Kərimli, C.Həsənli, Arif Hacılı böyük həvəslə xarici maraqlı dairələrin sifarişlərinin icraçısı olurlar. Boykot qərarı və mitinqlərə çağırışlar da xarici dairələrin göstərişlərindən irəli gəlir. Təbii ki, dağıdıcı müxalifət icazəsiz aksiyalara çağırışlara və boykot qərarına cəmiyyətdən dəstək almayacaqlarını başa düşürlər, sadəcə, üzərlərinə öhdəliklər götürdüklərindən, sifarişlərdən imtina edə bilmirlər. Boykot pərdəsi altında cəmiyyətdə seçki ilə bağlı yalan məlumatlar, şər və böhtanlar yayırlar. Hesab edirlər ki, bununla ictimai rəydə şübhələr yarada biləcəklər. Lakin yenə də səhvlərə yol verirlər. Xalq artıq ağı qaradan seçməyi bacarır və kifayət qədər siyasi proseslərdən məlumatlıdır. Ona görə də, dağıdıcı müxalifətin yaydığı məlumatlar cəmiyyət tərəfindən dezinformasiya kimi dəyərləndirilərək rədd edilir. Birmənalı mövqe isə ondan ibarətdir ki, xalq hamılıqla zəfər seçkisinə gedərək tarixi yaradan və yaşadan, möhtəşəm qələbələr fatehi, Yenilməz Sərkərdə İlham Əliyevə səs verəcək. Yolumuz Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yoldur - güclü və qüdrətli Azərbaycan uğrunda.
İLHAM ƏLİYEV