PDF Oxu

Siyasət

  • 4 286

Leonid Slutski: Azərbaycan Rusiyanın dünyada ən etibarlı tərəfdaşlarından biridir – RƏY

Leonid Slutski: Azərbaycan Rusiyanın dünyada ən etibarlı tərəfdaşlarından biridir – RƏY

Azərbaycan Rusiyanın ən etibarlı tərəfdaşlarından biridir. Rusiya Liberal Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bunu “Moskva-Baku” portalına şərhində MDB-nin dəyişən dünyada perspektivləri və əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən bildirib. Partiya sədri Rusiya-Azərbaycan münasibətlərini MDB məkanında sabitliyi qoruyan amillərdən biri kimi qiymətləndirib.

“Azərbaycan və bu günlərdə ad günü münasibətilə təbrik etdiyimiz Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın postsovet məkanında, dünyada ən etibarlı tərəfdaşlarından biridir. Ticarət-iqtisadi dövriyyəmiz artır, bütün sahələrdə qarşılıqlı əlaqələr artır. Hətta regional siyasətin həssas məsələlərində belə, rəsmi Bakı arxalana biləcəyiniz tərəfdaş kimi özünü göstərir.

Bütövlükdə MDB-yə gəlincə, Alma-Ata Bəyannaməsi imzalanandan bəri MDB müxtəlif eniş-yoxuşlar yaşayıb, lakin bu gün biz başa düşürük: postsovet məkanında bu gün qarşılıqlı əlaqələrimizi artırmaq, əməkdaşlıq və tərəfdaşlıq istəyini nümayiş etdirən ölkələr var. Bununla yanaşı, coğrafi, tarixi, mədəni cəhətdən bir-birimizdən uzaqlaşmaq bizim üçün çətindir. Əminəm ki, MDB gələcəyə hesablanmış strukturdur. MDB-nin gələcəyini dəfn etmək, onun hansısa başqa strukturlarla əvəzlənəcəyini ehtimal etmək hələ tezdir. Siz nəyinsə adını dəyişə bilərsiniz, lakin onlar eyni şeyi edəcəklər. Ona görə də Müstəqil Dövlətlər Birliyi ilə qarşılıqlı olaraq nəsə uydurmağa ehtiyac yoxdur. Əminəm ki, bir çox əsas məsələlərə Avrasiya İqtisadi İttifaqı kimi inteqrasiya bloklarının saxlanılması da daxildir.

Təhlükəsizliyə, təhsil, elm və bir çox digər istiqamətlərdə qarşılıqlı fəaliyyətin əsas sahələrinə gəldikdə, hesab edirəm ki, biz əməkdaşlığı davam etdirməliyik. MDB bu gün böyük bir məkandır. MDB, Afrika qitəsi ölkələri, Latın Amerikası və Asiya-Sakit Okean regionu ölkələrinin əhəmiyyətli bir hissəsi Rusiyaya bir növ nüvə, ağırlıq mərkəzi kimi cəlb olunur. Bunlar bu gün birqütblü dünya nizamı konsepsiyasına qarşı çıxan ölkələrdir. Hər bir ölkə, onun zəngin tarixi, adət-ənənələri, mədəniyyəti, milli dili, dini və s. hər bir kiçik ölkə və kiçik xalq üçün XXI əsrin yeni çoxqütblü dünya memarlığında ayrıca təsir qütbünə çevrilməlidir.

Bəzi məsələlərin, o cümlədən MDB məkanında infrastruktur əhəmiyyətli layihələrin istədiyimizdən ləng getməsinə baxmayaraq, müxtəlif layihə və proqramlarda qarşılıqlı fəaliyyət yolu ilə çoxqütblü dünya düzəninə dəstək olaraq, biz 10 illik yubileydə əmin olduq ki, Birlik ölməkdə olan təşkilat deyil, çox lazımlı bir əməkdaşlıq platformasıdır. Biz qonşularımızla mümkün qədər sıx əlaqə saxlamalıyıq. Fərqli sürətlərə və müəyyən tapşırıqları bir qədər fərqli başa düşməyə malik olduğumuz məqamlara gəlincə, biz bunun üçün çalışacağıq, o cümlədən Parlamentlərarası Assambleya vasitəsilə”, - Slutski bildirib.

Rusiyanı qonşularına qarşı qoymaq cəhdləri haqqında

Slutskinin sözlərinə görə, mübahisə yaratmaq üçün Rusiyanı kiməsə qarşı itələmək cəhdləri çox olub. “Hələ ki, onların heç biri uğur qazanmayıb. Başqa hallar da var- o zaman ki, bəzi ölkələr,- mütləq postsovet məkanında olması deyil,- özlərini tam konstruktiv aparmırlar. Amma bunlar müvəqqəti hallardır, çünki sonda hər şey danışıqlar masası arxasında həll olunur. Və o formatlara daxil olan platformalardan birinin iclası bu günlərdə baş tutacaq. Odur ki, bunu kiməsə zorla çatdırmağa ehtiyac yoxdur. Sağlam düşüncə və bizimlə konstruktiv qarşılıqlı əlaqədə olmaq arzusu göstərən biri ilə həmişə razılığa gələ biləcəyik.

Bu gün Avropa ölkələri tez başa düşürlər ki, onların Avropa sivilizasiyasının çoxəsrlik mədəni dəyərlərinə xitab edən uzaq Qərbdən (Amerikadan- red.) diktə edilmiş siyasət yox, öz siyasətləri olmalıdır. Eyni şey qonşu ölkələrə də aiddir. Bəli, qığılcımlar atılır. Amma biz özümüzü heç kimə qarşı qoymağa icazə verməyəcəyik. İstənilən vəziyyətdə, nə qədər problemli olsa da, bizi sağlam düşüncəyə və konstruktiv əməkdaşlığa aparacaq istinad nöqtələrini tapacağıq”, - Slutski bildirib.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər