Azərbaycan xalqı hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək öz alternativsiz Liderini dəstəkləməkdədir. Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz ki, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır və Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Ölkə Prezidenti cənab İlham Əliyev öz liderlik bacarığı və siyasi iradəsi ilə Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək ölkəmizin hər tərəfli inkişafına öz müsbət töhfələrini vermişdir.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür. Xalqın böyük inam və etibarını qazanmış Prezident cənab İlham Əliyev vətənimizin və xalqımızın parlaq gələcəyi istiqamətində mühüm addımlar ataraq Azərbaycanı Beynəlxalq müstəvidə böyük nüfuz sahibi olan ölkəyə çevirmişdir.
Prezident cənab İlham Əliyevin uğurlu daxili strategiyalarından biri ölkənin bütün bölgələrinin inkişafına və tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönələn siyasəti insan amili üzərində qurulub və bunun nəticəsi olaraq regionların inkişafına yönələn proqramlarda sosial təyinatlı obyektlərin tikilməsi, yenidən qurulması xüsusi diqqət mərkəzindədir.
Eyni zamanda, Prezident cənab İlham Əliyevin fəaliyyəti dövründə vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində xüsusi işlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı