“Qərb, konkret olaraq ABŞ 2000-ci illərin əvvəlindən xaricə həm də “rəngli inqilablar” ixrac edir. Buna misal olaraq Gürcüstanda “qızılgül”, Qırğızıstanda “zanbaq”, Ukraynada “narıncı”, Yaxın şərqdə “ərəb baharı” inqilablarını göstərə bilərik. Bu inqilabların heç biri həmin ölkələrə xoşbəxtlik gətirməyib. Əksinə, həmin ölkələr səfalətə düçar olublar, bəziləri 10-15 il ərazində bataqlıqdan çıxa bilsə də, bəziləri hələ də acı tale yaşayır. Şərq ölkələri, Ukrayna buna əyani sübutdur. ABŞ 2005-ci ildə Azərbaycanda da “narıncı inqilab”a cəhd etdi, lakin dövlətimizin əsasları güclü olduğu, Prezident İlham Əliyev son dərəcə usta və cəsarətli siyasətçi olduğu üçün bu məkrli planlar baş tutmadı”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.Elşad Məmmədli sözlərinə belə davam edib: “ABŞ bir qayda olaraq özünün diqtəsi altına almaq istədiyi, yaxud onun əmri ilə oturub-durmayan, müstəqil siyasət yürüdən ölkələrdə marionet iqtidarlar qurmaq üçün rəngli inqilablara əl atır. ABŞ-da Cozef Bayden hakimiyyətə gələndən dərhal sonra Rusiyada, Türkiyədə də inqilablara cəhd edildi. Lakin bu ölkələrə necə deyərlər, dişi batmadı.İndi isə hədəfdə Serbiyadır və açıq-aydın görünür ki, ABŞ bu ölkədə inqilab yolu ilə hakimiyyəti zorla dəyişdirməyə çalışır.Hələ 6-7 ay öncədən Serbiya rəsmiləri bəyan etmişdilər ki, Qərb ölkədə rəngli inqilab təşkil etmək niyyətindədir. Hətta bunu Serbiya prezidenti Aleksandar Vuçiç da açıqlamışdı. Artıq bu planın icrasına start verilib – Qərb Yeni il ərəfəsində sanki Serbiyaya sürpriz hazırlayır. Faktiki olaraq son iğtişaşlar məhz Qərbin bu ölkəyə müdaxiləsi, “rəngli inqilab” cəhdi idi. Səbəb isə sirr deyil: Serbiya anti-Rusiya sanksiyalarına qoşulmur, bu isə Qərbi hiddətləndirir. Onu müstəqil siyasətindən daşındırmaq istəyirlər.Prezident Vuçiç isə bir daha bəyan edib ki, Qərb Serbiyaya öz iradəsini yeritməyə çalışır, lakin ölkəsi müstəqil və müstəqil siyasət yürütməyə davam edəcək...”Sitat: “İstəyirlər ki, əvvəllər olduğu kimi iplə idarə olunacaq oyuncaq kimi idarə etsinlər - hökuməti və nazirləri seçə bilsinlər, hansı siyasətin həyata keçiriləcəyinə qərar versinlər, faksla və ya telefonla əmrlər versinlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edin. Amma biz öz siyasətimizi aparmaq istəyirik...”Eyni zamanda Qərb Serbiyadan Kosovonun müstəqilliyini tanımağı da tələb edir. Təbii ki, Serbiyada hansısa təsir dairələrinin ələ aldığı müəyyən zümrə var və qəfildən iğtişaşların baş verməsi də bunun təzahürüdür. Lakin düşünürəm ki, Serbiyada rəngli inqilab həyata keçirmək cəhdləri baş tutmayacaq. Çünki Qərbin məkrli planları həm de-şifrə olunub, həm də Serbiya xalqı “demokratiya oyunu”nun hansı fəsadları verdiyini digər ölkələrin nümunəsində görüb və bunu təkrarlamaz”.
Ayşən Vəli