PDF Oxu

Siyasət

  • 1 632

Ermənistan müxalifəti: ölkəni itirmişik - ŞƏRH+AKTUAL

Ermənistan müxalifəti: ölkəni itirmişik - ŞƏRH+AKTUAL

“Ermənistan hakimiyyətinin yüksək iqtisadi artım barədə böyük-böyük danışmaları Ermənistanın Aİİ-yə üzvlüyü olmadan qeyri-mümkün olardı”. Bunu jurnalistlərlə görüşündə müxalifətdən olan deputat Hayk Mamicanyan deyib.

Onun sözlərinə görə, əgər Paşinyan Ermənistanın Aİİ üzvlüyünə qarşı idisə, onda niyə indi bununla belə fəxr edir?

Hayk Mamicanyan: "Ermənistanda 50-dən çox siyasi məhbus var"

Mamicanyan Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı 2013-cü il sentyabrın 3-də qərarın bir gündə qəbul edilməsi barədə bəyanatları qəbuledilməz adlandırıb: “Biz bütün tərəfdaşlarımızla əlaqə saxladıq və bildirdik ki, biz Ermənistanın mənafeyi üçün addım atmalıyıq. Heç bir rəsmi şəxs bu qərarın bir gecədə verildiyini deməyib. Bu barədə ancaq indiki hakimiyyət danışır”.

O eyni zamanda bildirib ki, noyabr ayına olan məlumata görə, Ermənistanda 50-dən çox siyasi məhbus var, bu, görünməmiş böyük bir rəqəmdir.

Arman Abovyan: "Ermənilər özlərinə nifrət edirlər, doğulduqları yerə görə bəzi qruplara bölünüblər"

Digər müxalifətçi və erməni politoloq Arman Abovyan isə özünün “Telegram” kanalında yazıb ki, bütün geosiyasi oyunçulara, güc mərkəzlərinə, nüfuzlu siyasi birliklərə “erməni məsələsi”nin bağlanması sərfəlidir: “Daha dünya Ermənistan və ermənilər üçün başağrısı çəkməyəcək. İndi hər kəs rahatdır. Hər yerdə dövlətimizin bölünməsi ətrafında müəyyən beynəlxalq konsensus formalaşıb. Ermənistan anklavlara və dəhlizlərlə bölünərək bizdən qoparılacaq. Biz beynəlxalq güclərin təsir zonasından çıxa bilmirik".

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ölkəmizi parça-parça edənlərin hamısı üçün yağlı tikədir: "Ermənilər özlərinə nifrət edirlər, doğulduqları yerə görə bəzi qruplara bölünüblər. Ermənilər özlərini müdafiə etmək istəmirlər, ermənilər öz şəxsiyyətlərini, dövlət maraqlarını, yaddaşlarını, tarixini, şərəf və ləyaqətlərini könüllü olaraq onları öldürən şəxslərlə “sülh münasibətlərinə” dəyişməyə razılıq veriblər. Bu sözləri çox sərt ifadə etdim. Amma ətrafdakıların hamısı bizim haqqımızda belə düşünür və indi baş verənlərə görə günahı yalnız hökumətin üzərinə atmaq ağılsızlıqdır. Erməni dövlətçiliyi məhv olmaq üzrədir və bu, bizim sonumuzdur”.

Afət Tahirqızı

Digər xəbərlər