PDF Oxu

Siyasət

  • 1 799

“Fransa casus fəaliyyət sərgiləyir" - POLİTOLOQ ŞƏRH ETDİ

“Fransa casus fəaliyyət sərgiləyir" - POLİTOLOQ ŞƏRH ETDİ

“Fransanın bölgə ilə bağlı həyata keçirmək istədiyi agentura fəaliyyətinin ifşa edilməsi, həm də Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşının “persona-non-grata” elan edilməsi Azərbaycan-Fransa münasibətlərindəki çatların daha da dərinləşdiyini göstərir. Bütövlükdə isə Fransa təkcə Azərbaycana qarşı haqsızlıq etmir. Hesab edirəm ki, Fransanın casus qalmaqalı ilə bağlı Gürcüstan, Moldova və ümumiyyətlə mediada daha əvvəl adı hallanan ölkələrin bir çoxu ciddi formada etirazlarını bildirəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, dünyada neo-müstəmləkəçiliyin qalası olan və çağdaş dövrdə yalnız Fransa tərəfindən davam etdirilən istilaçı müstəmləkə siyasətinin təzahürlərindən biri həm də casus fəaliyyətidir: “Nəzərə almaq lazımdır ki, Fransanın Azərbaycana qarşı siyasəti, eyni zamanda bütün beynəlxalq prinsiplərin tapdalanması deməkdir. Fransa nə öz qanunvericiliyinə, nə də BMT daxil olmaqla, dünyanın digər böyük təşkilatlarının qətnamələri və çıxartdıqları qərarlara hörmət etmir. Nəticədə Azərbaycan-Fransa münasibətlərindəki çatlar hər dəfə dərinləşir.Fransa öz coğrafi sərhədlərinə daxil olmayan ölkələrdə də müstəmləkəçilikdən gözü doymur. Başqa regionları da qarışdırmaq, özünün təsir dairəsini genişləndirməyə çalışır. Amma Azərbaycan hüquq-mühafizə orqanlarının və güc strukturlarının yüksək peşəkarlığı və ayıq-sayıqlığı Fransa da daxil olmaqla bir çox ölkələrin bizim ölkə və bölgə ilə bağlı həyata keçirmək istədiyi çirkin ssenarilərin qarşısını alır. İstənilən casus şəbəkəsinin fəaliyyətinin qarşısı Azərbaycanda peşəkarlıqla alınır”.

Digər xəbərlər