“Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə başçısı cənab İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri xalqımız üçün taleyüklü məsələlərin də həllini mümkün etdi. Prezident seçilərkən beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam və şərtsiz bərpasını öz siyasi proqramının ali məqsədi olaraq bəyan edən ölkə başçısı, hədəfə çatmağın yollarını əsl strateq düçüncəsi ilə müəyyən edərək qətiyyətli fəaliyyətə keçdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.Deputat sözlərinə belə davam edib: “15 oktyabr 2003-cü ildə keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 76 faizindən çoxunun səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildikdən dərhal sonra çevik islahatlar yolunu tutaraq dəyişən dünya ilə ayaqlaşmaq üçün düşünülmüş və ölkəmizin inkişafına hesablanmış doğru strategilayalar həyata keçirməyə başladı. Həyata keçirilmiş uğurlu strateji layihələr, düşünülmüş iqtisadi siyasət, həyatımızın bütün sferalarını əhatə edən saysız hesabsız uğurlu dövlət proqramları, beynəlxalq qurumlarla və xarici dövlətlərlə əməkdaşlıq sahəsindəki uğurlarımız, ordu quruculuğu və nəhayət bütün bunların nəticəsində xalq və iqtidar birliyinə nail olunması, Prezident İlham Əliyevin verdiyi sözü yerinə yetirməsinə, tarixi əhəmiyyətli Zəfərin əldə olunmasına gətirib çıxardı.
Qədirbilən xalqımız ölkə Prezidenti İlham Əliyevin yorulmaz və uğurlu daxili və xarici siyasətini dəstəklədiyini göstərmək üçün bütün prezident seçkilərində böyük ruh yüksəkliyi və sevinclə iştirak edərək ölkəmizin gələcəyinə, sülhə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa, rifaha səs vermişlər və xalqımızın layiqli namizədi, cənab İlham Əliyevi prezident seçmişlər.Müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycanda prezident seçkiləri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi dövründə keçiriləcək. Müstəqilliyimizin intibah dövrünü yaşayan xalqımız ötən seçkilərdə olduğu kimi qarşıdan gələn prezident seçkilərində də öz layiqli namizədi, müzəffər sərkərdə İlham Əliyevi ölkə rəhbəri seçəcək və bütün dünyaya bir daha sübut edəcəyik ki, birlik olan yerdə rifah var, xoşbəxtlik var, inkişaf var, yeni-yeni zəfərlər var”.
Ayşən Vəli