PDF Oxu

Siyasət

  • 1 251

Boykot riyakarlığın və zəifliyin təsdiqidir - ANALİZ

Boykot riyakarlığın və zəifliyin təsdiqidir - ANALİZ

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq yüksək səviyyədə, əhalinin fəallığı ilə aparılır. Aktiv müzakirələr, sosial şəbəkələr üzərindən paylaşmaların ardıcıl xarakter daşıması onu təsdiq edir ki, xalq taleyinə biganə deyil. Həm də hər bir kəs demokratik seçki mühitinə fəallığı, özlərinin təklif və ideyaları ilə tövhələr verməyə çalışırlar. Ona görə də, zəfər seçkisi adlandırılan 7 fevral 2024-cü il prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ən demokratik, yüksək seçici fəallığı ilə keçiriləcək seçkilər olacaq. Belə bir ictimai fəallıq fonunda xalqdan ayrı düşən pozucu qüvvələr əhəmiyyətsiz məsələlər ətrafında hay-küy qaldırılıb, ölkədəki demokratik mühitə zərər vurmağa çalışırlar. Hətta AXCP, Müsavat, Milli Şura kimi dağıdıcı qurumlar və onların baş bilənləri seçkiləri pozmaq xülyası ilə cəmiyyətə təhdid mesajları ünvanlayırlar. Sosial bazadan məhrum olan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Əli Kərimli Cəmil Həsənli cütlüyü açıq tezislərlə çıxış edərək seçkilərin təbliğat təşviqat dövründə şəhərlərdə icazəsiz aksiyalar keçirəcəklərini bəyan edirlər. Sual yaranır, niyə icazəsiz və nəyə görə, seçkilərin təbliğat - təşviqat dövründə? Cavabı aydındır, dağıdıcı ünsürlər icazəsiz aksiyalarla asayişin pozulmasının qarşısının alınmasına vəzifəli olan polislə qarşıdurmalar yaratmaqdır. Digər tərəfdən məlumdur ki, seçkilərin təbliğat-təşviqat dövründə bir sıra beynəlxalq təşkilatlardan, ayrı-ayrı ölkələrdən Azərbaycana müşahidəçilər gələcək, jurnalistlər seçkilərin gedişini izləmək üçün ölkəmizə səfərlər edəcəklər, dağıdıcı ünsürlər bundan istifadə etməklə diqqəti özlərinə cəlb etməyə çalışacaq. Yəni, qısa müddətli də olsa meydan dövrünün ab-havasını təkrarlamaqla ucuz siyasi xal qazanmağa ümid edəcəklər. Təbii ki, planlarını xarici maraqlı dairələrin istək və tələblərinə uyğun reallaşdıra bilsələr başları sığallanıb, cibləri maddi yardımla doldurulacaq.

Əli Kərimli seçkiləri qarşıdurmalar yaratmaq üçün fürsət bilir

Dağıdıcı müxalifətin məhz növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarın elan olunmasından sonra fəallaşması onu təsdiq edir ki, onlar ölkədəki sabitliyə xələl gətirmək üçün sərt və qətiyyətli tapşırıqlar alıblar. Çünki son vaxtlara qədər Milli Şura, AXCP və Müsavat hin damından çıxmayan xəstə toyuq kimi ofislərində nərd, domino oynamaqla günlərini keçirir, aradabir Sevinc Osmanqızının TV-sinə dedi-qodu xarakterli açıqlamalar verməklə işlərini bitmiş hesab edirdilər. Elə ki, seçkilərin keçirilməsi barədə qərar verildi dağıdıcı müxaliflər meydana çıxıb, təxribat törədəcəkləri haqında açıq mətnlə çıxışlar etməyə başladılar. Yəni əsas fəaliyyətləri və hədəfləri cəmiyyətdə qarışıqlıq yaratmaq və əhalinin seçki fəallığına zərər vurmaq. Bu da onu göstərir ki, 30 ildən çoxdur ki, siyasətdə olmalarına baxmayaq, hər hansı formada keyfiyyət dəyişikliyinə nail ola bilməyiblər. Yenə də meydan təfəkkürü ilə yaşayır və fəaliyyət göstərirlər. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə onların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olublar. Xalqın uğurlarını həzm edə bilmədikləri kimi, milli problemlərə də biganədirlər. Fikir verin, Qarabağı işğaldan azad edib, suverenliyimiz bərpa etməyimizə dağıdıcı müxalifət qısqanclıqla yanaşır. Müəyyən hallarda erməni revanşistləri ilə eyni mövqedən çıxış etməklə onlarla həmrəylik nümayiş etdirirlər.

Əli Kərimli və Cəmil Həsənli fransız casus şəbəkəsinin mövcudluğundan məlumatlı olublar

44 günlük Vətən Müharibəsindən və ondan sonra baş verənlərə AXCP, Müsavat və Milli Şura etinasız yanaşdılar. Bir dəfə də olsun siyasi, ictimai təşkilatlarla bir araya gələrək, erməni terrorçularını və onların arxasında dayananları ittiham edən mövqe ortaya qoymadılar. Əksinə açıq şəkildə xalqın qələbə sevincinə acılıq qatmağa çalışdılar. Uzağa getməyək, bu günlər Əli Kərimli İnternet TV-lərin birinə verdiyi açıqlamasında deyir, 44 günlük Vətən Müharibəsində qazanılan qələbə Sarkisyan-Koçaryan cütlüyünün Qarabağı və ətraf rayonları işğal etmələrindən artıq ola bilməz. Bununla yanaşı Ə.Kərimli beynəlxalq təşkilatlardan Azərbaycana sanksiyalar tətbiq edilməsini xahiş edir. Bir sözlə, Ə.Kərimli birbaşa Koçaryan –Sarkisyan cütlüyünün qazanına işləyən fikirlər çıxışlar edir. Ciddi araşdırmalar aparılsa Ə.Kərimlinin və C.Həsənlinin bu günlər ifşa edilən Fransa cəsus şəbəkəsinin əməkdaşları olduğu üzə çıxar. Əslində şübhə edilmir ki, Ə.Kərimli və C.Həsənli ABŞ-ın və ya Avropanın hansısa agentura şəbəkəsinin cəsusları deyillər. Əgər agent deyillərsə, sübut etsinlər, dəlillər ortaya qoysunlar. Niyə ölkədə böyük rezonans doğuran Fransa casus şəbəkəsinin ifşasına Ə.Kərimli və C.Həsnli münasibət bilmirlər. Necə ola bilər ki, Azərbaycanın ucqar dağ kəndində baş verən xırda məişət məsələsini qabardıb, onun ətrafında hay-küy qaldıra bilirlər, ancaq fransız casus şəbəkəsinin ifşa edilməsindən özlərini xəbərsiz kimi aparırlar. Gözlərinin içinə qədər yalan danışır və özlərini məlumatsız kimi aparırlar. Hər şeydən məlumatlıdılar. Hətta aylar öncədən ölkəmizdə fəaliyyət göstərən fransız casus şəbəkəsinin ifşa olunacağını bilirdilər. Dərk edirdilər ki, kifayət qədər peşəkar olan, təcrübəyə malik Azərbaycan hüquq-mühafizə orqanları çox asanlıqla casus şəbəkəsinin ifşasına nail olacaq, elə də oldu. Sadəcə, Ə.Kərimli, C.Həsənli və digərləri ənənəvi metodlarından istifadə edərək özlərini baş verənlərdən məlumatsız kimi göstərirlər. Əslində, lal və kar olmaları gözləniləndir. Axı maddi və mənəvi dəstəyi xaricdəki mərkəzləşmiş şəbəkədən alırlar. Təlimatlar, planlarda mərkəzi şəbəkə vasitəsi ilə onlara çatdırılır. Bu baxımdan tam qətiyyətlə demək olar ki, Ə.Kərimli və C,Həsənli Azərbaycana qarşı revanşist çıxışlar edən, beynəlxalq təşkilatlardan ölkəmizə sanksiyaların tətbiq edilməsini tələb edən, yenidən müharibə ocağının yaranması çağırışını edən körpə qatilləri Koçaryan və Sarkisyandan heç nə ilə fərqlənmirlər. Belə demək mümkünsə eyni sifətə və üzə malik məxluqlardır.

İLHAM ƏLİYEV

Digər xəbərlər