PDF Oxu

Siyasət

  • 2 513

Şəhid ailələri və qazilərə sosial dəstək TƏHLİL

image

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Dövlətimiz həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir. Dövlət başçısı çıxışlarının birində qeyd etdiyi kimi, "Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək". Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Prezident İlham Əliyev çıxışlarının birində vurğladığı kimi, "Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir".

ŞƏHİD AİLƏLƏRİ VƏ MÜHARİBƏ ƏLİLLƏRİ 14600 MƏNZİL VƏ FƏRDİ EVLƏ TƏMİN OLUNUB

Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində ardıcıl işlər görülür. Ötən dövr ərzində şəhid ailələri və müharibə əlilləri üçün icra olunan ən geniş və mühüm fəaliyyətlərdən olan mənzillə təminat proqramı 5 dəfə genişləndirilib. Şəhid ailələri və müharibə əlillərinə mənzillə təminat prosesi davamlı olaraq həyata keçirilir və 2025-ci ilə qədər yekunlaşdırılması üçün dövlət tərəfindən vacib addımlar atılır. Bu yaxınlarda Hövsan Yaşayış Kompleksində, Gəncə şəhərində, eləcə də Ağstafa, Beyləqan, Cəlilabad, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Qusar, Masallı, Sabirabad, Salyan, Yevlax, Zaqatala və Zərdab rayonlarında ümumilikdə 200 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
İmtiyazlı şəxslərin mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb və ötən dövrdə uğurla davam etdirilibdir.
Bu il artıq 1300, postmüharibə dövründə 5800, ümumilikdə ötən dövrdə 14600 mənzil və fərdi evlə təmin olunublar.

MÜHARİBƏ İLƏ ƏLAQƏDAR ƏLİLLİYİ OLAN ŞƏXSLƏRƏ ÖTƏN DÖVRDƏ 7600 AVTOMOBİL VERİLİB

Əlbəttə ki, dövlət başçısının bu kateqoriyadan olan insanların sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi məmnunluq yaradır. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Ölkəmizdə şəhidlərə və onların ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir. Bu dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayandığını bir daha təsdiqləyir.Müharibə əlillərini əhatə edən mühüm proqramlardan biri də avtomobillə təminatdır ki, bu proqram çərçivəsində bu günlərdə Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 minik avtomobili verilib. Ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz avtomobillə təmin edilirlər. Postmüharibə dövründə 424, ümumilikdə ötən dövrdə 7600 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
Təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının, vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımıza, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu şəxslərə mərhəmətli qayğısı hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər