PDF Oxu

Siyasət

  • 1 603

"Azərbaycanın xarici siyasəti əlverişli mühitin yaradılmasına yönəlib" - Ceyhun Bayramov

"Azərbaycanın xarici siyasəti əlverişli mühitin yaradılmasına yönəlib" - Ceyhun Bayramov

"Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının yüzilliyinin qeyd edildiyi ildə xarici siyasət məzmun baxımından çox zəngin oldu. Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil və qətiyyətli xarici siyasət kursu uğurla həyata keçib. Bu xarici siyasət əlverişli mühitin yaradılmasına yönəlib. SİA xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov illik yekuna həsr olunmuş mətbuat konfransında deyib."2023-cü il Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsilə yadda qaldı. Bəzi dövlətlərin ikitərəfli münasibətlərə çətinlik törətməsinə baxmayaraq Azərbaycanın qətiyyətli yanaşması və fəal dialoq xəttini tutması bu çətinliklərin qarşısını alıb. İl ərzində qardaş Türkiyə, Rusiya ilə əldə olunmuş razılaşmalar ikitərəfli əlaqələrin inkişafına imkan verib",- deyə o əlavə edib.

Ləman Sərraf

Digər xəbərlər