“Tarixi bütünlüklə soyqrım və işğallarla, ayrı-ayrı xalqlara qarşı terror hücumları və əraziləri işğal ilə dolu olan dövlət bu gün Cənubi Qafqazda yeni reallıqlar formalaşdıran və regionun uğurları uğrunda mübarizə aparan Azərbaycana “beynəlxalq hüquq”dan dərs keçməyə çalışır. Təəssüf ki, Fransanın Cənubi Qafqazla bağlı siyasəti dünyanın bir çox bölgələrində olduğu kimi yenə də neo-imperialist maraqlara xidmət edir və hədəf isə bölgə dövlətləridir. Cənubi Qafqaza münasibətdə də region dövlətlərinin maraqlarını tapdalayaraq, özlərinin çirkin maraqlarını həyata keçirmək istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib. Politoloq bildirib ki, bölgədə Fransanın bu siyasətini qəbul edən Ermənistan dövləti və xalqı var: “Onlar başa düşməlidirlər ki, Fransa dövləti üçün alətdirlər. Zaman gələcək bu maraqları həyata keçirmək üçün Ermənistan xalqına ehtiyac aradan qalxdıqda qurban verəcəkləri də ilk Ermənistan dövləti olacaq.Digər tərəfdən bu gün beynəlxalq hüquq prinsiplərindən danışan, özünü demokratiyanın beşiyi adlandıran, BMT prinsiplərinə zidd davranışları, dünyanın ayrı-ayrı bölgələri, eləcə də keçmiş Sovet respublikaları arasında agentura şəbəkəsini saxlaması, bu şəbəkə üzərindən bölgələrə təsir imkanlarını formalaşdırmağa cəhd göstərən Fransa üçün beynəlxalq dəyərlər çoxdan ayaqlar altına atılıb. Onlar üçün BMT prinsipləri demək olar ki, yalnız mübarizə alətidir. Fransa başa düşməlidir ki, Azərbaycanla dünyanın bir çox bölgələrində olduğu kimi artıq təhdid və təzyiq yolu ilə danışmaq mümkün deyil. Dünya artıq Fransa, Parisin ətrafında dönmür. Bölgəmizlə bağlı Fransa kimi dövlətlər, Makron kimi siyasətçilər davranışlarını seçməli, ehtiyyatlı olmalıdırlar.Baş verənlər Fransa ilə yanaşı, Makron və onun komandasının səriştəsiz yanaşmasıdır. Çünki prezident dövlətini təmsil edən, ayrı-ayrı biznes subyektlərinin maraqları uğrunda mübarizə aparan seçilmiş şəxsdir. Çox təəssüf ki, Makronun indiki davranışında Fransa xalqı və dövlətinin maraqlarına xidmət edən addımları görmürük”.