PDF Oxu

Siyasət

  • 1 670

"Xüsusi xidmət şəbəkəsinin ifşası Fransa üçün böyük uğursuzluqdur" - POLİTOLOQ FİKRİ

"Xüsusi xidmət şəbəkəsinin ifşası Fransa üçün böyük uğursuzluqdur" - POLİTOLOQ FİKRİ

"Mövcud beynəlxalq müstəvidə çoxsaylı beynəlxalq müqavilələr, o cümlədən 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyası diplomatların qonaq olduqları ölkədə davranışlarını təfsilatlandırır". Bunu SİA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib. Onun sözlərinə görə, bir çox hallarda diplomatik toxunulmazlıqdan sui-istifadə xarici diplomatlara yaşadıqları və işlədikləri ölkənin qanunlarından imtiyazlı üstünlük mövqeyi verir: "Diplomatik toxunulmazlıq Soyuq Müharibə dövründə, diplomatların əslində münaqişəli mühitdə işlədiyi və təhlükələrlə üz-üzə qaldığı zamanlarda məna kəsb edirdi, lakin indi isə bir çox hallarda imtiyazlı mövqe kimi sui-istifadə olunmaqdadır. Bəzən isə bu imtiyazlar diplomatları yaşadıqları və işlədikləri ölkənin qanunlarından üstün tutur. Məsələn, hazırda bütün dünyada xüsusi xidmət orqanları tərəfindən işçiləri səfirlik və digər diplomatik korpus nümayəndələri adı altında pərdələməklə ölkələrə yerləşdirmək təcrübəsi geniş tətbiq olunur. Bu kəşfiyyatçılara rahat şəkildə digər ölkələrdə fəaliyyət göstərmək imkanı yaradır, bu status onları qoruyur, cinayət və ya digər qeyri-qanuni fəaliyyətlərdə iştirak etdikləri aşkar ediləndə, onları məhkəmə və ya həbs cəzası gözləmir, yalnız ölkə ərazisindən deportasiya olunurlar. Belə “diplomatlar” arasında əvvəllər diplomatik statusa uyğun gəlməyən qeyri-qanuni fəaliyyətlərinə görə başqa ölkələrdən qovulmuş insanlar da var".Politoloq bildirib ki, kəşfiyyat strukturlarının diplomatik “örtüyü” olmayan nümayəndələri isə turistlər, elm adamları, jurnalistlər, iş adamları və ya diasporunun üzvləri adı altında digər ölkələrə yerləşir və ya üçüncü ölkədəki diğər əməkdaşları ilə qarşılıqlı əlaqədə olurlar: "Ümumuyyətlə isə diplomat kimi akkreditə olunan belə şəxslərin fəaliyyətini müəyyən etmək və izləmək daha çətindir. Bir sıra nufuzlu mediada son illər gedən faktaloji yazılarda Fransanın bir çox ölkələrdəki səfirliklərində son illər diplomatik örtük altında fəaliyyət göstərən kəşfiyyatçılardan kənarda, çox vaxt bu örtük olmadan kəşfiyyat əməliyyatları həyata keçirən şəxslər də aşkar şəkildə kurasiya olunması haqqında məlumatlar var. 2015 ci ildə Parisdə baş verən silsilə terror aktları Fransaya qarşı İkinci Dünya Müharibəsindən sonra ən dəhşətli hücum kimi müzakirə edilən mövzulardan biri də Fransa kəşfiyyat xidmətlərinin uğursuzlu idi. Eyni ildə Charlie Hebdo redaksiyasında terror aktı, Paris şəhərində supermarketdə alıcıların girov götürülməsi, Lion yaxınlığındakı Air Products zavodunda menecerin başının kəsilməsi kimi terror aktlarından sonra xüsusi xidmətlərin büdcəsini bir neçə dəfə artırmaqla Fransanın müdafiəsinin güclənməsi nəzərdə tutulurdu. Çünki ölkə prezidenti Fransua Ollandın da izləməyə gəldiyi futbol matçı da daxil olmaqla eyni anda altı müxtəlif terror aktı həyata keçirilmişdi. Artırılan büdcə isə Fransanı daxili təhlükələrdən qorumağa ayrılsa da, fransanın xaricdə kəşfiyyat şəbəkələrinin genişlənməsinə sərf olundu. Məsələn, fransa xüsusi xidmət şəbəkələri 44 günlük vətən müharibəsi dövründə Azərbaycan ərazisində ermənistanın xeyrinə kəşfiyyat fəaliyyəti göstərdi. Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı üzv ölkələri olan Avropanın Cənub Şərqi sərhədlərində məhz birliyin əleyhinə fəaliyyət göstərdi və s. Azərbaycan da daxil bir çox ölkələrdə, vətənfaşlar onların səfirlik işçiləri və ya diplomat olduğuna inanıb, əlaqə quraraq onlar tərəfindən ölkə ərazisində casusluq işləri üçün istifadə olunublar".Y. Hacıyeva qeyd edib ki, aşkar olunan casusluq şəbəkəsinin əsas məqsədi siyasi və hərbi xarakterli kəşfiyyat fəaliyyəti həyata keçirmək olub: "Bu addımlar, bir ölkənin daxili işlərinə bu cür müdaxilə diplomatik statusla açıq şəkildə bir araya sığmayan fəaliyyətdir. Fransa dövlətçiliyinin mühüm tərkib hissəsi olan Afrikadakı post-müstəmləkə sistemi çökməsi ilə paralel Cənubi Qafqazda xüsusi xidmət şəbəkəsinin ifşası Fransa üçün böyük geosiyasi uğursuzluqdur. Nəticədə son bir neçə il dünyada post-müstəmləkə siyasəti ilə təhrik edilən anti-fransız əhval-ruhiyyəsinin kəskin artması kimi bir tendensiya izkənməkdədir. Eyni anda bir neçə cəbhədə oynamağa çalışan Fransanın xarici siyasəti öncə Ukraynada, sonra Afrikada uğursuzluğa düçar oldu. İndi isə Azərbaycanda Fransanın casusluq şəbəkəsinin ifşa olunması mövcud geosiyasi uğursuzluğu daha da dərinləşdirir".

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər