Bütün dövrlərdə xarici maraqlı dairələrdən maddi və mənəvi dəstək almaqla ictimai maraqlara zidd fəaliyyət yolu tutan AXCP, Müsavat, Milli Şura və digər qurumlar və onların başbilənləri növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarın verilməsindən sonra bir qədər də fəallaşıblar. Bu fəallığı bir növ onların quduzlaşması kimi də dəyərləndirmək olar. Çünki geniş şəkildə cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər vurmaq yolu tuturlar. Arada bir dezinformasiya xarakterli informasiyalar yaymaqla seçkilərlə bağlı cəmiyyətin yanaşmalarına, istək və arzularına şübhələr toxumu səpməyə çalışırlar. Lakin anlamırlar ki, xalq kifayət qədər seçki təcrübəsinə və siyasi bilgilərə malikdir. Bu baxımdan əhalini hər hansı bir yalan və böhtanla, dezinformasiya xarakterli xəbərlərlə hədəfindən və məqsədindən yayındıra bilməz. Dağıdıcı müxalifətin seçkilərə qatılmaqdan imtina etməsi onların zəifliklərinin göstəricisidir. Reallığı etiraf etməyib, hay-küy qaldırmaq isə siyasi mədəniyyətsizlik və qorxaqlıqdır. Seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Taleyüklü tədbirdən imtina edənlərinin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir.
“Boykot”çular sağlam rəqabət əvəzinə destruktiv fəaliyyət yolu tuturlar
Əminliklə demək olar ki, Ə.Kərimli, A.Hacılı, C.Həsənli və digərləri yanlış siyasətlərinin acı nəticəsini yaşamalı olacaqlar. Ən azı seçkilərdə iştirak etməkdən imtina etməklə az sayda olan öz tərəfdaşlarını itirmiş olacaq. Çünki sıravi partiya üzvləri seçkilərə qatılmağın tərəfdarıdırlar. Lakin AXCP, Müsavat kimi partiyalar, onlara rəhbərlik edən Əli Kərimli, Arif Hacılı uzun müddətdir ki, seçkilərə qatılmırlar. Hətta Ə.Kərimli 1998-ci ildən sonra nə prezident, nə parlament, nə də bələdiyyə seçkilərində iştirak etməyib. Bu halda sual olunur, seçkilərə qatılmayacaqsansa, o zaman siyasətdə nə azarın var, nədən partiya sədrliyi kreslosunu zəbt etmisən? Təbii ki, sıravi cəbhəçilər məntiqli və əsaslı sualları Ə.Kərimliyə ünvanlayırlar. Qarşı tərəfin susması və özlərini etinasız kimi göstərmələri uzun sürə bilməz. Nəhayət, bu laqeydliyin və özbaşınalığın sonu olacaq. Bir gün sıravi cəbhəçilər bir araya gələrək Ə.Kərimlini və ətrafında olan trolları zibilliyə atmaqla, AXCP-də təmizləmə işi aparacaqlar. Bu isə Ə.Kərimlinin siyasətdə sonu olacaq.
7 fevral tarixi seçki olacaq
7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ən demokratik və azad seçkilər olacaq. Səbəbsiz yerə bu seçkiləri zəfər seçkiləri adlandırılmayıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra azad və ədalətli seçki keçirilməklə növbəti zəfərini yazacaq. Bu zəfərin əsas flaqmanı isə söz yox ki, xalq, qalibi isə Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev olacaq. Kimlərsə, o cümlədən dağıdıcı müxalifət seçki prosesinə qatılmamaqla növbəti dəfə tarixi şansı itirmiş olacaq. Bir daha nəzərə çatdırmaq lazımdır ki, seçkilər bütün iddialı tərəflərə ən yüksək münbit şəraitin yaradılması ilə keçirilir. Başlıcası, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra hazırda “boykot” deyib bağıran və təxribatçı mövqe sərgiləyən AXCP funksionerləri üçün partiyanın qurultayının keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb. Belə bir demokratik şəraiti dəyərləndirib, hakimiyyətə minnətdarlıq ifadə etməkdənsə, Ə.Kərimli və ətrafında olan trollar təxribat yolu tuturlar, seçkiləri boykot etmək kimi ağılsız iddia ilə çıxış edirlər. Bu azmış kimi sosial şəbəkələrdə cəmiyyəti təhdid edən statuslar paylaşırlar, açıq şəkildə icazəsi aksiyalar vasitəsi ilə sabitliyə zərbə vurmağa çalışacaqlarını bildirirlər. Bu kimi anormal hallar dağıdıcı müxalifətin müstəqil olmadığını və öz ağılı hərəkət etmədiyini göstərir. Çünki azərbaycanlı adına iddialı şəxs dövlətçilik maraqlarına zərbə vurmağa cəhd etməz. Digər tərəfdən, Ə.Kərimli “44 günlük Vətən Müharibəsində əldə olunan qələbə Koçaryan-Sarkisyan cütlüyünün Qarabağı və ətraf rayonları işğal etmələrindən artıq ola bilməz”, - deyib beynəlxalq təşkilatlardan Azərbaycana iqtisadi sanksiyaların tətbiq edilməsini xahiş etməz. Bunu Ə.Kərimli və C.Həsənli abır-həya etmədən edirlər. Belə nəticə çıxarmaq olar ki, deməli, Ə.Kərimli, C.Həsənli erməni lobbisinin sifarişlərini yerinə yetirən məxluqlardır. Çünki başqa ad demək və ya fikir yürütmək mümkünsüzdür.
İLHAM ƏLİYEV