PDF Oxu

Siyasət

  • 5 686

Dağlar arxasında sülh: Ermənistan-Azərbaycan nizamlanmasında vəziyyət necədir? – Əcnəbi ekspertlərin şərhi

Dağlar arxasında sülh: Ermənistan-Azərbaycan nizamlanmasında vəziyyət necədir? – Əcnəbi ekspertlərin şərhi

Son vaxtlar Ermənistan-Azərbaycan sülh müqaviləsinin tezliklə bağlanmasının perspektivləri haqqında çox danışılır. Maraqlıdır, bu beynəlxalq əhəmiyyətli sənəd imzalanacağı təqdirdə onun prioritetləri nədən ibarət olmalıdır? Məsələn, tərəflər arasında siyasi məsələlərin həllini təmin etmək və münaqişənin yenidən başlanmasının qarşısının alınmasına zəmanət vermək realdırmı?

Məsələn, Ermənistan tərəfdən məlumat var idi ki, İrəvan və Bakı sülhün imzalanması üçün artıq 3 əsas prinsip- ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi və regional kommunikasiyaların açılması barədə razılığa gəliblər.

Əslində, dəfələrlə deyildiyi kimi, beynəlxalq hüquqda dövlətlərarası müqavilələr üçün dəqiq çərçivə yoxdur və tərəflər qarşılıqlı razılaşma əsasında sazişin əhatə etdiyi məsələlərin dairəsini özləri müəyyən edə bilərlər.

Son vaxtlar belə bir fikir də yayılıb ki, böyük ehtimalla ilk növbədə Azərbaycan və Ermənistan arasında silahlı münaqişənin sonunu həll edəcək çərçivə sülh müqaviləsi imzalanacaq. Orada tərəflər bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır, bir-birlərinə qarşı ərazi iddiaları irəli sürməmək və bütün məsələləri sülh yolu ilə həll etmək öhdəliyi götürür, müəyyən xəritələr üzrə sərhədin delimitasiyası və demarkasiyası prinsiplərini razılaşdırır, nəqliyyat kommunikasiyalarının bərpasını elan edir və bir-birinin əraziləri ilə daşımaların təhlükəsizliyinə təminat verir.

Xatırladaq ki, hələ 2022-ci ildə Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün 5 əsas prinsip aşıqlamışdı:

Bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərinin toxunulmazlığının və siyasi müstəqilliyinin qarşılıqlı tanınması. Dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəliyin qarşılıqlı təsdiqi. Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiq etməkdən, habelə BMT Nizamnaməsinin məqsədləri ilə bir araya sığmayan digər hallardan çəkinmək. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması. Nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılması.

Beləliklə, Bakı ilə İrəvan arasında potensial sülh müqaviləsinin məzmunu nə ola bilər? Nə qədər tez nəticə əldə etmək olar? Bunun yaxın gələcəkdə baş verməsi ehtimalı yüksəkdirmi? Çoxdan gözlənilən bu hadisəyə hansı hallar mane ola bilər?

Bu sualları tanınmış əcnəbi şərhçilər “Caliber” analitik mərkəzinə cavablandırıb. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.

Qazaxıstandan olan siyasi müşahidəçi Qaziz Abışev qeyd edir ki, təbii ki, yekun sülh müqaviləsi əslində Ermənistan torpaqlarına iddialı olmayan Azərbaycana sərf edir.

“Yekun sülh müqaviləsi Ermənistanın gələcəkdə (güclər balansı dəyişərsə) Azərbaycana qarşı iddialar irəli sürmək perspektivlərini sarsıdacaq. Bu və ya digər şəkildə, mövcud güc balansını nəzərə alsaq, Azərbaycanın müqavilə bağlamaq üçün lazımi və kifayət qədər şərtləri var:

- Sovet inzibati sərhədləri daxilində, yəni Azərbaycanın tərkibində Qarabağla tam suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması;

- üçüncü tərəflər- Rusiya, Türkiyə və başqaları tərəfindən bu sərhədlərin tanınması haqqında saziş;

- döyüş əməliyyatlarının nəticələrinə görə iddiaların olmaması haqqında razılaşma;

- sərhəd zonalarında silahlanmanın məhdudlaşdırılmasına dair saziş”, - ekspert öz baxışını açıqlayıb.

Həmsöhbətimiz vurğuladı ki, bu gün üstünlük Azərbaycan tərəfindədir.

Tam proseduru– imzalanmanı və ratifikasiyanı tələb edərək, indi təzyiq göstərilməlidir- Abışev bildirib.

Siyasi-Hüquqi Tədqiqatlar Mərkəzinin (Bişkek) direktoru Tamerlan İbrahimov beynəlxalq hüququn müqavilələr üçün heç bir ciddi tələblər diktə etməməsi ilə bağlı qeydi tamamilə düzgün adlandırıb.

“Razılığa gələn tərəflər bu cür razılaşmaların məzmununu müəyyən edən bir sıra xarici və daxili amillərdən çıxış edirlər. Ona görə də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yekun variantında konkret nələrin olacağı barədə dəqiq fikir söyləmək çətindir, ancaq spekulyasiya etmək olar”.

Buna baxmayaraq, suverenlik məsələsinin hər iki tərəf üçün fundamental əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, ehtimal etmək olar ki, onların əraziləri üzərində suverenliyin qarşılıqlı tanınması bu mətndə mütləq yer alacaq,- İbrahimov təklif edib.

“Bundan başqa, gələcəkdə qarşılıqlı ərazi iddialarından imtina məsələsi də sazişə daxil ediləcək. Bu, hər iki ölkə üçün əsasdır, çünki gələcəkdə silahlı münaqişələrin təkrarlanmaması üçün hüquqi təminatlar yaradır.

Bütün digər məsələlər humanitar xarakter daşıyır, ünsiyyət, vətəndaşlıq və s. həm də vacibdir, lakin onlar üzrə razılaşmaların əldə edilməsi sülh müqaviləsinə daxil edilə bilər və ya gələcək danışıqlara təxirə salına bilər”, - Qırğızıstan eksperti etiraf edir.

Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Evgen Maqdanın düşünür ki, “ kompromis hər iki tərəf narazı olduqda olur”.

“Düşünürəm ki, bu formula Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üçün işləməlidir. Çünki indiki vəziyyətdə kimsə yorğanı lazımsız yerə öz üzərinə çəkərsə, yekun sənədin imzalanması davamlı olaraq təxirə salınacaq.

Azərbaycan Qarabağa nəzarəti bərpa etməklə öz ərazi bütövlüyünü bərpa edə bilib və çox güman ki, ən azı simvolik mənada oraya erməni əhalisinin qaytarılmasının mümkünlüyü barədə düşünməli olacaq. Düşünürəm ki, bu da siyasi razılaşmanın elementinə çevrilə bilər. İnsanları orada təhlükəsiz hiss etməsələr, hətta ata-baba yurdlarına qayıtmağa məcbur edə bilməzsiniz”, - institut direktoru deyir.

Onun fikrincə, “Rusiya Ermənistanla Azərbaycan arasında siyasi razılaşmanı pozmaq istəyir”.

“Çünki onlar başa düşürlər ki, Bakı ilə İrəvan arasında razılaşma Moskvanın və onun Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi, ardınca isə rusların Gürcüstandan mümkün çıxarılması demək olacaq. 2024-cü ildə Gürcüstanda keçiriləcək parlament seçkiləri isə bu prosesin tətikçisinə çevriləcək.

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri həm də o mənada maraqlıdır ki, cənab Əliyevə bu sülh müqaviləsi bir arqument kimi, onun qələbəsinin daha bir sübutu kimi lazımdır, o, Heydər Əliyevin işini davam etdirib və haqlı olaraq, prezident sükanına sahib olmalıdır.

Mən bilmirəm ki, Avropa İttifaqı və ABŞ-ın Cənubi Qafqazda öz maraqlarının təşviqi və müvafiq olaraq Azərbaycan və Ermənistanın maraqlarının müdafiəsi istiqamətində hərəkətləri nə dərəcədə əlaqələndiriləcək. Həm də siyasi razılaşmadan çox şey gözləməyək. Bu, məsələn, hərbi personalın mübadiləsi üçün son xoşməramlı jestdən əvvəl baş vermiş hərbi əməliyyatların dayandırılmasının simvolu olacaq. Bu, beynəlxalq səviyyədə qarşılıqlı güzəştdir. Həmçinin, Xəzər regionunda sabitliyin asılı olacağı jestdir. Düşünürəm ki, bu, Vaşinqtonda və digər Qərb paytaxtlarında aydın şəkildə başa düşülür”, - deyə Maqda yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər