PDF Oxu

Siyasət

  • 2 846

“2023-cü il bütün sahələr üzrə uğurlu il olaraq yadda qaldı“ - DEPUTAT DANIŞDI

“2023-cü il bütün sahələr üzrə uğurlu il olaraq yadda qaldı“ - DEPUTAT DANIŞDI

“Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev bunu çıxışlarında hər zaman vurğulayır. Yəni, ölkə iqtisadiyyatının inkişafı, insanların rifah halının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının təşəbbüskarı olduğu qanun layihələri həyata keçirilir. Eyni zamanda, imzalanan proqram əsasında həyata keçirilən sosial layihələr vətəndaşların yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Azərbaycanda sürətli inkişaf dövlət quruculuğunun bütün sahələrini, o cümlədən, sosial sahəni əhatə edir. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov deyib. Deputat bildirib ki, ölkə başçısının 20 illik fəaliyyəti zamanı hər il sosial sahədə çox böyük uğurlara imza atılır: “Hər il olduğu kimi, 2023-cü il də bütün sahələr üzrə uğurlu il olaraq yadda qaldı. 2023-cü ildə sosial-iqtisadi islahatlar davam etdirildi. İlin əvvəlində “dördüncü sosial islahata dəstək” proqramının həyata keçirilməsi elan edildi. Məhz bu proqram sürətlə bir çox sahələrə müsbət töhfəsini verdi. Belə ki, proqram minimum əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılmasını əhatə edərək, ümumilikdə 1.9 milyon vətəndaşın həyatına müsbət toxunuşlar etdi. Bu artımların təmin olunmasına dövlət büdcəsindən 6.8 milyon manat vəsaitin ayrılması təmin edildi.
Bütün bunlarla yanaşı, şəhid ailələrinə verilən Prezident təqaüdü 600 manata, müharibə əlilliyi olan şəxslərə verilən Prezident təqaüdü isə 500 manata çatdırıldı. Bu cür kateqoriyadan olan şəxslərə xidmət göstərən vətəndaşların müavinəti 100 manata çatdırıldı. Yaşa görə pensiya isə 17 faiz artırılaraq 470 manata, orta aylıq əməkhaqqı isə 920 manata çatdırıldı. Növbəti illərdə orta aylıq əməkhaqqının artırılaraq, 1000 manata çatdırılması gözlənilir. Bu cür sosial yönümlü tədbirlər mütəmadi xarakter alıb və növbəti ildə də bütün kateqoriyalardan olan vətəndaşlarımızın sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüləcək.Ən böyük sosial layihələrdən biri isə Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsidir. 2022-ci ilin sonlarında cənab Prezident qayıdışla əlaqədar olaraq I Dövlət Proqramını imzaladı və proqramın 2026-cı ilə qədər həyata keçirilməsi nəzərdə tutulub. 2023-cü ildə də əvvəlki illərdə olduğu kimi mütəmadi xarakter daşıdı və nəzərdə tutulan bütün layihələr icra olundu.
Ölkə başçısının işğaldan azad olunmuş ərazilərə ardıcıl səfərləri dövlət proqramında nəzərdə tutulmuş məsələlərin uğurla həyata keçirilməsinə böyük təkan verdi. Bu da onu göstərir ki, işğaldan azad olunmuş bölgələrimizdə aparılan bütün layihələr birbaşa Prezident İlham Əliyevin nəzarəti altında davam etdirilir.Artıq bir neçə işğaldan azad edilmiş bölgələrimizə qayıdış proqramı tam icra edilərək, vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdışı təmin olunub. Bununla yanaşı, dövlət başçısı həmin ərazilərdə də köçürülən vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində bir çox tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aiddiyyatı qurumlar qarşısında öhdəliklər qoyub. Belə ki, vətəndaşların daimi yaşayışının təmin edilməsi, iş yerlərinin açılması və həyat şəraitinin yüksək səviyyədə təşkili üçün lazımi bütün işlər görülür.2023-cü ildə xalqımız Ali Baş Komandan və ordumuzun sayəsində bir çox sevinclər yaşadı. 2023-cü ilin aprel ayında Laçın buraxılış məntəqəsinin yaradılması böyük əhəmiyyət kəsb edirdi. Həmçinin 2023-cü ildə yadda qalan ən mühüm məsələ Azərbaycanın suverenliyinin bütün ərazilərində təmin edilməsi oldu. Digər mühüm məsələ isə, məhz ölkə başçısının rəhbərliyi ilə suverenliyimizin təmin edildiyi bölgələrdə Azərbaycan bayrağının dalğalandırılması oldu”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər