Azərbaycan Respublikasının Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev 2022-ci ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrik müraciətində mövcud proseslərə və aparılan siyasətə əsasın əminliklə qeyd etmişdir ki, 2023-cü il Azərbaycanın hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması uğurlu illərdən olacaq. Qazanılan nailiyyətlər təsdiq edir ki, ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, 2023-cü il dövlətimiz və xalqımızı üçün uğurlu dövr olub. Bu dövrdə qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib, başlıcası 2023-cü il də Azərbaycan əbədi olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Artıq tam əminliklə demək olar ki, Qarabağ adlı problemimiz yoxdur, böyük və qüdrətli Azərbaycan dövləti var. 2023-cü il də Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq, abadlıq işləri davam etdi. Zəngilan və Laçın Beynəlxalq Hava Limanları istifadəyə verildi, Zəngilanın Ağalı kəndinə, Laçına, Zabuxa, Kəlbəcərə, Füzuliyə insanların qayıdışları təmin olundu və qayıdış prosesi davam etməkdədir. Söz yox ki, xalq 7 fevral 2024-cü il də keçiriləcək növbədənkənar prezident seçkilərində Qarabağı xalqa qaytaran, böyük fateh, Yenilməz Sərkərdə İlham Əliyevə səs verəcək və bununla da möhtəşəm uğurların 2024-cü il də daha geniş və dinamik şəkildə davam etdirilməsinə dəstəklərini nümayiş etdirəcəklər.
Azad və demokratik seçkilər Azərbaycanın uğurlarına təkan olacaq
7 fevral 2024-cü il də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlığın yüksək səviyyədə aparılması onu deməyə əsas verir ki, Azərbaycan 7 fevralda növbəti demokratik seçki tarixi yazacaq. Bunu əhalinin fəallığı, çox sayda iddialı namizədin mövcudluğu və digər uğurlu addımlar və nəticələrdə təsdiqləyir. Sadəcə prosesə əngəl yaratmağa, yüksək seçici fəallığına zərər vermək istəyən bir ovuc dağıdıcı müxalifət var ki, onların məkrli məqsədləri nəticəsiz qalacağı şübhəsizdir. Çünki, cəmiyyət AXCP, Müsavat, Milli Şura kimi dağıdıcı xislətli qurum rəhbərlərinin pozucu məqsədləri haqqında geniş bilgilərə malikdirlər. Məlumatlıdırlar ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri xarici maraqlı dairələrin əlində alətdirlər, onların sifarişləri əsasında hərəkət edirlər. Yəni xarici dairələrə bağlıdırlar. Məhz bu bağlılıq nəticə etibarı ilə AXCP, Müsavat, “Milli Şura” kimi partiyaların və qurumların Azərbaycanın dövlət maraqlarına deyil, xarici dairələrin mənafeyindən çıxış etməyə məcbur edir. Söz yox ki, onların bu cür işlər mexanizm rolunda çıxış etmələri sıravilər üçün arzuolunan hal hesab edilməsə də müxalif rəhbərlər bunun fərqində deyillər. Onlar üçün başlıca hədəf və məqsəd maddi imkanlarını artırmaq və siyasət meydanında ömürlərini bir qədər də uzatmaqdır. Əgər belə olmasa idi AXCP sədri Əli Kərimli, “Milli Şura” nın rəhbəri Cəmil Həsənli, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli və digərləri vicdanlarının səsinə qulaq asıb, Qarabağ zəfərinin sevincini yaşayan xalqla eyni mövqedən çıxış edərdilər. Təəssüf ki, ictimai qınaqdan və çağırışlardan nəticə çıxarmırlar. Utanıb, çəkinmədən “Qarabağ zəfəri yarımçıqdır” deyə bildirməklə xalqın heysiyyatına toxunurlar. Hətta AXCP sədri Ə.Kərimli bir qədərdə dərinə gedərək, “44 günlük Vətən Müharibəsində əldə olunan qələbə, Koçaryan -_Sarkisyan cütlüyünün Qarabağı və ətraf rayonları işğal etməsindən artıq ola bilməz” deyə bildirir. Bu azmış kimi beynəlxalq təşkilatlara müraciətlər ünvanlayan Ə.Kərimli və C.Həsənli onlardan Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq olunmasını və beynəlxalq təşkilatlarda səsvermə hüququndan məhrum edilməsini tələb edirlər. Bütün bunlar ermənidən betər erməni olmaq deməkdir. Çünki, erməni revanşistləri, hətta ikinci Qaragen və onun kilsə tulaları Azərbaycan qarşı qanlı terror aktları törədilməsi üçün beynəlxalq terrorçu təşkilatlara müraciətlər ünvanlayırlar.
2024 cü il də AXCP və “Milli Şura”nın sonu olacaq
Əvvəlki illərdə olduğu kimi 2023-cü il də dağıdıcı müxalifət üçün faciəli olub. Başlıcası AXCP və Müsavatdan çoxsaylı istefalar baş verdi, bir neçə rayon təşkilatı buraxıldı. Müxalif funksionerlərarası qarşıdurma 2023-cü il də daha gərgin xarakter aldı. Əgər 2018-ci ilə qədər AXCP ilə Real arasında münasibətlər “dəymə mənə dəyməyin sənə” prinsipi əsasında cəriyan edirdisə, 2022-ci ilin əvvəlindən münasibətlər gərgin məcradadır. Bu gün də qarşıdurma davam etməkdədir. Münaqişənin səbəbi isə 2018-ci ilə gedib çıxır. Həmin vaxtlarda İ.Məmmədov həbsdə idi. Müxalifət düşərgəsində üstün hörmətə malik idi. O zaman sosial şəbəkələrdə “Əli Kərimli, yoxsa İlqar Məmmədov?” tipli reytinq sorğuları keçirildi. Nəticədə, İ.Məmmədov Ə.Kərimlidən daha çox səs topladı. Ə.Kərimli isə susmağa üstünlük verdi. Çünki İ.Məmmədovu “siyasi məhbus” kimi təqdim edərək, bir sıra xarici təşkilatlardan qrantlar alırdı. İ.Məmmədov azadlığa çıxdıqdan sonra da “Milli Şura”nın mitinqinə dəvət edildi. Lakin bütün bunlardan sonra tərəflərin arasında kəskin mübarizəyə start verildi. Yaranan qarşıdurmalar şiddətləndi və nəhayət çərçivədən çıxaraq, təhqirlərlə, söyüşlərlə əvəzləndi. Bu gün isə sərt qarşıdurma daha amansız xarakter alıb. AXCP - REAL qrupları bir-birlərinə qarşı ən ağır ittihamlar irəli sürürlər. Eyni ağır vəziyyət AXCP-Müsavat arasında da yaşanır. Ə.Kərimli ağır vəziyyətdə olduğu üçün Müsavatla olan qarşıdurmaları gizlətməyə çalışsa da istəyinə nail ola bilmir. Lakin görünən fakt ondan ibarətdir ki, hər məqamda A.Hacılı və müsavatçı funksionerlər açıq şəkildə Ə.Kərimlini tənqid edir, onu müxalifətin inteqrasiyasına mane olmaqda günahlandırılar.
Gülağa Aslanlı: “Bizim AXCP sədri Əli Kərimliyə ünvanladığımız suallar hələ ki, cavablandırılmayıb”
AXCP ilə Müsavat 7 fevral 2024-cü il də keçiriləcək növbədənkənar prezident seçkilərini boykot çağırışı ilə çıxış edirlər. Əslində bu yanaşma AXCP ilə Müsavatın eyni mövqedən çıxış etmələri anlamı yaratmamalıdır. İstər Ə.Kərimli istərsə də A. Hacılı seçkilərə qatılmaq üçün özlərində potensial görmədiklərində boykot qərarını ortaya qoyublar. Bununla da öz zəifliklərini və məğlubiyyətlərini etiraf edirlər. Sadəcə özlərində qətiyyət tapmadıqları üçün məğlubiyyətlərini etiraf edə bilmirlər. Digər tərəfdən xarici maraqlı dairələrin əlində alət olduqlarından zəifliklərini açıq şəkildə dilə gətirmirlər. Əks halda xarici maraqlı dairələr onlardan imtina edə bilər. Bu isə dağıdıcı müxalifətin maddi və mənəvi dəstəkdən məhrum olması deməkdir. Ona görə də, zəifliklərini boykot kimi anormal iddia ilə əvəzləyiblər. Əslində Ə.Kərimli ilə A.Hacılı düşmən olaraq qalırlar. Tərəflər bir-birini qəbul etmək fikrində deyillər. Əgər qəbul etsə idilər, bir araya gəlib, masa ətrafında müxalifətin ağır duruma düşməsinin səbəbləri ətrafında müzakirələr aparardılar. Belə bir xoşməramlı istək gözlənilmir. Deməli Müsavatla AXCP arasında qarşıdurma davam edir. Yəqin ki, mövcud qarşıdurma 2024-cü il də daha amansız və gərgin xarakter alacaq. Çünki, Müsavat başqanın müavini Gülağa Aslanlının “bizim AXCP sədri Əli Kərimliyə ünvanladığımız suallar hələ ki, cavablandırılmayıb” deyə bildirməsi perespektivdə tərəflərarasında yeni qarşıdurmanın baş verəcəyindən xəbər verir.
İLHAM ƏLİYEV