PDF Oxu

Siyasət

  • 3 183

2024-cü ilin hədəfləri: böyük zəfərlər, ardıcıl uğurlara doğru

2024-cü ilin hədəfləri: böyük zəfərlər, ardıcıl uğurlara doğru

PREZİDENT İLHAM ƏLİYEV: “Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır”

Bəli, artıq əvvəlki illər kimi, 2024-cü ilin də ilk günlərini yaşayırıq. Bu, bir real faktdır ki, hər il başa çatarkən «növbəti ilə hansı uğurlarla qədəm qoyuruq» sualını qarşıya qoyuruq və bu sualı cavablandırmaq üçün ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial, mədəni, demokratik islahatlar və xarici siyasət sahəsində qazandığı uğurları bir daha təhlil etmək zərurəti duyulur. Azərbaycanın tarixinə uğurlu, qələbələr, Zəfərlər ili kimi daxil olan 2023-cü il estafeti 2024-cü ilə çox böyük nailiyyət və yeniliklərlə təhvil verdi. Dövlət başçısı ötən ilin ölkəmizin həyatında ən önəmli hadisə respublikamızın suverenliyinin bərpası olduğunu diqqətə çatdırmaqla Azərbaycan xalqının bu tarixi hadisəni heç vaxt unutmayacağını, həmin günün yaddaşımızda əbədi qalacağını vurğulayaraq milli yaddaşımıza tarixi çağırış etdi: «2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır” – deyən Prezident İlham Əliyev ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik uğurlarını əsaslı şəkildə diqqətə çatdırdı. Bu mühüm məqam xüsusi qeyd edildi ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız işimizin yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Və bu gün….

«ARTIQ ÜÇ İLDİR Kİ, DÜNYA AZƏRBAYCANLILARI BÜTÜN AZƏRBAYCAN XALQI KİMİ ALNIAÇIQ, ÜZÜAĞ YAŞAYIRLAR»

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirdi ki, tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror tədbirləri, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir.

««Dəmir yumruq» bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir. Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq», - deyə dövlətimizin başçısı qeyd edib. Və onu vurğulayıb ki, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər: «Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar».

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirdi ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Çünki son 20 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar və ən əsası isə 2020-ci ildə tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsi Ali Baş Komandanımızın uğurlu “Dəmir yumruq” əməliyyatı ilə bütün dünyaya həm də bacarıqlı, qətiyyətli Sərkərdə olduğunu, xalq-ordu-dövlət birliyinin isbatladı.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirdi ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Və xalqımız Azərbaycanın tarixinə uğurlu və Qələbə Zəfərli illər kimi daxil olan 2020, 2021, 2022 və 2023-cü illər kimi 2024-cü ilin də böyük sevinc və qələbələr ili kimi xeyirli, bərəkətli, işğal olunmuş torpaqlarımızda – Qarabağımızın cənnət məkanına çevriləcəyinə və keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. Bu gəlişi gözəl söz deyil, real faktlara əsaslanan nəticələrdir. Çünki əsl siyasət konkret, real iş görməkdən ibarətdir.

«MƏN HESAB EDİRƏM Kİ, OKTYABRIN 15-DƏ AĞDƏRƏDƏ, ƏSGƏRANDA, XOCAVƏNDDƏ, XOCALIDA, XANKƏNDİDƏ QALDIRDIĞIM DÖVLƏT BAYRAĞIMIZ ULU ÖNDƏRİN XATİRƏSİNƏ ƏN BÖYÜK HÖRMƏTİN ƏLAMƏTİDİR»

Bəli, 2023-cü ilin əvvəlki illərdən fərqli olaraq daha əlamətdar olması Prezident İlham Əliyev cənablarının 29 sentyabr 2022-ci il tarixində «Azərbaycan Respublikasında 2023-cü ilin «Heydər Əliyev İli» elan edilməsi haqqında» imzaladığı tarixi Sərəncamı oldu. Əslində xalqımız bu qərarı çoxdan və çox böyük səbirsizliklə gözləyirdi desək, düşünürəm ki, hisslərimizin səmimiyyətini, sevincimizin həddini-hüdudunu daha da düzgün ifadə etmiş olarıq. Çünki ümummilli lider Heydər Əliyevin 100 illik yubileyiin məhz 2023-cü ilə təsadüf etməsi tarixi hadisədir. Sərncamda deyilir: «Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir».

Bəli, ulu öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir və zaman ötdükcə Onun Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur. Və Azərbaycan əvvəlki illərdə olduğu kimi, 2023-cü ili – «Heydər Əliyev İli»ni də uğurla, yüksəlişlə, həmrəyliklə, quruculuqla başa vurdu.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirdi ki, ulu öndərin 100 illiyi ölkə üzrə qeyd edildi: «Mən mənim üçün bu əziz günü - atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir».

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirdi ki, Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər: «Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır».

Bəli, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığı Dövlət Bayrağımız…

QALİB LİDERİN HƏR ŞEYİ VAXTINDA VƏ MƏHARƏTLƏ ETDİYİNİN TƏSDİQİDİR

Bəli, Ali Baş Komandan nəyi edirsə, dəqiqliklə edir. 2023-cü il, 15 oktyabr tarixində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsi, xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Dövlətimizin başçısı gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır.

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən söyləyib ki, çünki bilirdik ki, biz buraya gələcəyik: «Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il», - deyən dövlətimizin başçısı xatırladıb ki, üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı».

Prezident İlham Əliyev, həmçinin bildirib: “Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik».

Bəli, Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Xüsusilə də, ən vacib məqam 2023-cü ilin Azərbaycanın Zəfər təqviminə dövlət suverenliyinin bərpası ili kimi həkk olunmasıdır. Bu, xalqımızın yaddaşında və dünyanın siyasi tarixində əbədi qalacaqdır. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi: «2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq bu hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır».

«SEPARATİZM BİZİM TORPAĞIMIZDA BİR DAHA BAŞ QALDIRA BİLMƏZ»

«Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz».

Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

“Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev xalqa müraciətində Ermənistana və ona havadarlıq edənlərə növbəti mesajını da ünvanladı: «Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik».

«Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin», - deyə dövlətimizin başçısı xüsusi vurğulayıb.

Bəli, «Dəmir Yumruğ»un gücü: Cəmi 24 saat ərzində separatçılar təslim oldu. Sözsüz ki, nəticə belə olmalı idi. Çünki biz haqq yalundayıq. Və bu qələbə sevincini xalqı ilə bölüşən Ali Baş Komandan, Prezident İlham Əliyev xalqına müraciətində bildirmişdir ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “Dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”.

2023-cü ildə digər mühüm hadisə isə nüfuzlu, qlobal xarakterli tədbirin - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının gələn il ölkəmizdə keçirilməsinə dair qərarı….

AZƏRBAYCANA İNAMIN, ETİMADIN TƏZAHÜRÜ, ÖLKƏMİZİN VƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARININ QLOBAL MİQYASDA NÜFUZUNUN GÖSTƏRİCİSİDİR

2023-cü ildə digər mühüm hadisə isə nüfuzlu, qlobal xarakterli tədbirin - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının gələn il ölkəmizdə keçirilməsinə dair qərarı bugünkü Qalib Azərbaycana inamın, etimadın, liderliyin təqdimatıdır. Əlbəttə ki, bu səbəbsiz deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, onun prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Ölkə başçısının apardığı müstəqil siyasət, bütün qərar və addımların beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi, əməkdaşlıq münasibətlərində dürüstlük, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və digər amillər bütövlükdə Azərbaycana olan münasibəti müsbət mənada dəyişib.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, COP29-un gələn il Azərbaycanda keçirilməsi bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir: «Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir».

Yaşıl enerji keçidinin ölkəmiz üçün prioritet məsələ olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir”.

Beləliklə bu gün cənab Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində Azərbaycan təkcə regional iştirakçı deyil, həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Azərbaycan Liderinin artmaqda olan nüfuzu ölkənin siyasi gücünü artırmaqla yanaşı ölkəmizi bir çox sahələrdə Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı tərəfdaşa çevririb.

Bütövlükdə, geridə qouduğumuz 2023-cü bütün bu görülən işlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi isə öz növbəsində dünyada bir ilkdir və bu gün böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev yenicə qədəm qoyduğumuz 2024-cü ildə də yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər