PDF Oxu

Siyasət

  • 2 405

Prezident seçkilərinə qatılan bütün tərəflərə bərabər şərait yaradılır - MƏZAHİR PƏNAHOV

Prezident seçkilərinə qatılan bütün tərəflərə bərabər şərait yaradılır - MƏZAHİR PƏNAHOV

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar Prezident seçkilərinə qatılan bütün tərəflərə bərabər şərait yaradıldığını bildirib. SİA-nın məlumatına görə, o, jurnalistlərə açıqlamasında növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ümumi maarifləndirmə proqramına əsasən Ali Məhkəmə və Apellyasiya məhkəmələri ilə seçki mübahisələrinin həlli üzrə seminara başladıqlarını da söyləyib:"Qanuna uyğun olaraq, seçkidə iştirak edən bütün tərəflərə şikayət və müraciətlər üçün bərabər hüquqlar yaradılır. Bütün seçki iştirakçıları - prezidentliyə namizədliyi qeydə alınmış şəxslər və onların səlahiyyətli nümayəndələri həmin hüquqlardan yararlana bilərlər".Xatırladaq ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək MSK üç nəfərin - İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliklərini qeydə alıb.

Digər xəbərlər