PDF Oxu

Siyasət

  • 3 037

“DƏMİR YUMRUQ” yerindədir və hər zaman yerində olacaq! TƏHLİL

“DƏMİR YUMRUQ” yerindədir və hər zaman yerində olacaq! TƏHLİL

44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu növbəti qələbəyə imza atdı. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının «Dəmir Yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Ölkəmizin qısa müddətdə, bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacağının sübutu idi.

Bəli, dövlət o zaman güclü və qüdrətli, ən əsası, sözün əsl mənasında, müstəqil olur ki, onun gələcəyini düşünən, atdığı hər addımda dövlət maraqlarını öndə saxlayan Lideri vardır. Məhz bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dünya birliyində layiqli yer tutması, sözünün imzası qədər əhəmiyyəti, sabitlik diyarı kimi nüfuz qazanaraq bütün sahələrdə inkişafı, bir sözlə, yeniliyə əsaslanan inkişaf modeli liderlik amili ilə birbaşa bağlıdır. Hər bir dəyərləndirmə, hadisələrə düzgün qiymət bu günün fonunda keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hər il olduğu kimi, 2023-cü ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə xalqımıza təbrik müraciətində qalib xalqa ilin nailiyyət yekunundan danışaraq suverenliyimizin tam bərpasının məhz 2023-cü il ərzində reallaşdığını diqqətə çatdırdı və bildirdi ki, cəmi birgünlük antiterror tədbirləri ilə işğalçıların ərazimizdən çıxarılması prosesini böyük uğur kimi ön plana çəkərək bu münasibətlə Azərbaycan xalqını təbrik etdi: «Cəmi bir gün, ondan da az davam edən antiterror tədbirəri Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz!».

Bəli, sözü imzası qədər dəyərli olan qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi qalib xalqın qalib lideridir. Çünki son 20 illik prezidentlik dövründə çoxəsrlik Azərbaycan tarixində xalqımıza «Dəmir yumruq» siyasəti ilə Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən xalqın Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə xalqımıza təbrik müraciətində söylədiyi kimi: «Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir».

Nəyi, nə vaxt və necə etməyi özü bilir

Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında bildirir: "Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm". Çünki dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Ali Baş Komandan indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğaldan azad etdi.

Prezident İlham Əliyev müraciətində bildirdi ki, bütün bu qələbələrlə qürur hissi keçiririk: «Mən o vaxt da demişdim ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində. O da dərs olmadı işğalçılara, o da dərs olmadı onların arxasında dayanan anti-Azərbaycan qüvvələrə. Ona görə sentyabr ayında keçirilmiş antiterror tədbirləri labüd idi və biz bunu keçirdik, bununla da fəxr edirik, qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir». Ali Baş Komandan müraciətində: "Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin» mesajı Qalib Liderin bütün dünyaya mesajı idi.

Prezident İlham Əliyev müraciətdə Böyük Qayıdış - Qarabağ və Şərqi Zəngəzur mövzusuna da toxunaraq həmvətənlərimizin öz doğma torpaqlarına geri qayıtması ilə müxtəlif yaşayış məskənlərində artıq həyatın bərpa edildiyini də nəzərə çatdırdı. Qarabağda qısa zamanda yenidən qurulan kəndlər və şəhərlər, ümumilikdə buranın böyük tikinti meydançasına çevrilməsi Azərbaycanın iqtisadi inkişafının maddi əsaslarının möhləmliyinin göstəricisidir. Prezidentin qeyd etdiyi geniş bərpa işləri ilə bağlı göstəricilər dövlətimizin sülhə, əmin amanlığa və inkişafa nə dərəcədə maraqlı olduğunu, bütün dünyaya bəyan etdi. Çünki dövlət başçımızın söylədiyi kimi: «Bu torpaqların sahibləri bizik - Aərbaycan xalqıdır". Bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq. Ali Baş Komandanın tarixi müraciətində bir daha vurğuladı ki, məhz bu gün bütün bu uğurlarla bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edir, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar. Bu qələbə, bu zəfər xalqımızın bir olması, bir yumruq kimi birliyinin nəticəsidir. Dövlət başçımızın müraciətində söylədiyi kimi: ««Dəmir yumruq» bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, «Dəmir yumruq» hər zaman yerində olacaq!».

Bəli, bizə baxan bütün kəm gözlər bilməlidir ki, “Dəmir yumruq” yerindədir. Qoy, “Dəmir yumruğ”unuz hər zaman yerində olsun, Cənab Prezident! Qoy xalqımızın, dövlətimizin, ordumuzun birliyi heç vaxt sarsılmasın!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri

Digər xəbərlər