PDF Oxu

Siyasət

  • 2 132

"Makronun yanlış siyasəti nəticəsində Fransanın nüfuzu zəifləyir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Makronun yanlış siyasəti nəticəsində Fransanın nüfuzu zəifləyir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Fransanın son dövrlərdə Azərbaycana qarşı apardığı qərəzli münasibəti, apardığı qarayaxma kampaniyası hər tərəfdən aydın görünür. O cümlədən, Fransanın Ermənistandakı səfiri Olivye Dekotti islamofob, azərbaycanafob qarayaxmaları ilə məşhurdur. Bu da Fransa dövlətinin Azərbaycana qarşı siyasətinin tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, xüsusilə, son dövrlər Azərbaycan təhlükəsizlik orqanlarının Fransanın iki diplomatik pərdə altında işləyən kəşfiyyatçısını ifşa etməsi, onların Ukrayna, Gürcüstan, Moldova və Şərqi Avropada agentura şəbəkəsinin ifşa olunması çox böyük zərbə oldu: "Bu zərbədən sonra Makron Xarici Kəşfiyyat İdarəsinin rəisini dəyişməyə və baş naziri istefaya göndərməyə məcbur oldu. Əslində onun özü istefaya getməli idi. Çünki apardığı yanlış siyasət nəticəsində Fransanın dünyada mövqeyi getdikcə zəifləyir və nüfuzu aşağı düşür. Halbuki Fransa böyük ölkələrdən biridir. Lakin Makronun dövründə Fransa bütün mövqelərini itirməkdə davam edir. Fransa bilir ki, bunda Azərbaycanın da müəyyən əməyi olub. Çünki Qoşulmama Hərəkatının sədri Azərbaycandır. Azərbaycanın da apardığı düzgün siyasət nəticəsində Fransanın müstəmləkəçilik siyasəti ifşa olunur. Ona görə Fransa Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir".Politoloq qeyd edib ki, bugünlərdə ABŞ Dövlət Departamentinin dini etiqad azadlığı ilə bağlı yaydığı sərsəm bəyanatda da Azərbaycan kimi tolerant bir ölkəni qara siyahıya salmaq başda Ermənistan Milli Konqresinin rəhbərləri olmaqla bizi istəməyən qüvvələrin işləridir: "Amma onların bu cür addımları heç bir nəticə verməyəcək. Azərbaycan öz torpaqlarını azad edib. Hazırda həmin torpaqlarda bərpa-quruculuq işləri aparılır. Azərbaycanın yürütdüyü müstəqil siyasət öz bəhrəsini verir".

Ləman Sərraf

Digər xəbərlər